Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə üçün yeni layihə planını təqdim edib

Böyük Britaniya iqlim dəyişikliyi ilə mübarizə üçün yeni layihə planını təqdim edib

Süni zəka və Elm
22.04.2021 PAYLAŞIM

    Böyük Britaniya hökuməti iqlim dəyişiklikləri ilə mübarizədə öz ölkəsini əsas təmsilçiyə çevirmək niyyətindədir. Belə ki, Böyük Britaniya hökuməti artıq 2035-ci ilə kimi karbon dioksid (CO2) emissiyasının 78% aşağı salınması məqsədini elan edib. Bunun üçün britaniyalılar 10 il ərzində ət və süd məhsullarının istehlakını 20% aşağı salmalı, 2030-cu ildən başlayaraq elektromobillərə keçid etməli, öz beynəlxalq aviasiya ilə gəmiçilik sahələrini bərpa olunan enerji mənbələrinə keçirməli və isitmə sistemləri üçün göy və ya yaşıl hidrogendən (bərpa olunan enerji vasitəsilə əldə olunan hidrogen) istifadə etməli olacaqlar.

    Çox güman ki, növbəti mərhələdə faiz göstəricisi daha da artacaq. Bu barədə New Atlas saytı xəbər verib. Bu, Böyük Britaniya üçün nəzərdə tutulmuş artıq 6-cı emissiya büdcəsidir. Qeyd etmək lazımdır ki, hökumət artıq iki emissiya büdcəsini reallaşdırıb və 2022-ci ildə layihənin 3-cü mərhələsinin uğurlu yekunu üzrə hesabatı təqdim edəcək. 1991-ci ildə Böyük Britaniyada CO2 emissiyası ildə 900 meqaton təşkil edirdi. 2022-ci ilə kimi isə bu göstərici çox güman ki, 500 meqatondan aşağı düşəcək.


    Yaxın 15 il ərzində CO2 emissiyasının azalma prosesi daha da sürətlənməlidir və bu məsələdə ölkənin 6-cı büdcəsi daha iddialı olacaq. 2030-2035-ci illər arası CO2 tullantılarının göstəricisi yarıya enməlidir. İqlim dəyişiklikləri ilə mübarizə üçün olmuş əvvəlki proqramlar beynəlxalq aviasiya ilə dənizçilik sahələrini özlərində birləşdirmirdilər. Belə ki, BMT onları konkret ölkəyə aid etmir. Lakin yeni layihə sənədində Böyük Britaniya onları öz məsuliyyəti altına götürüb. Beləliklə tərtib edilmiş plan iqlim dəyişikliyi üzrə komitənin aşağıdakı məsləhətlərini özündə birləşdirir:

- Bütün yeni avtomobillər, furqonlar və boylerlər (su isitmə sistemlərinin bir növü) 2030-cu ilin əvvəlinə kimi karbon qazından daha az asılı və əsasən elektrikləşdirilmiş olmalıdırlar

- Bütün yük maşınları 2040-cı ilə kimi karbon qazından daha az asılı olmalıdırlar

- Sənayə enerjisinin irimiqyaslı şəkildə bərpa olunan enerjiyə keçidi. Bunun sərfəli olmadığı sahələrdə CO2-nin toplanması texnologiyalarından istifadənin vacibliyi

- 2035-ci ilə kimi elektrik şəbəkəsində karbon neytrallığının əldə olunması. Bu məsələdə əsas yeri dəniz küləyinin enerjisi tutur

- Bərpa olunan enerji vasitəsilə əldə edilmiş hidrogendən dənizçilikdə, dəniz nəqliyyatında, sənayedə və evlərin isidilməsi sistemlərində yanacaq qismində istifadənin artırılması

- 2030-cu ilə kimi ət və süd məhsullarının istifadəsinin 20% azaldılması

- 2035-ci ilə kimi 460.000 hektarlıq meşənin salınması.

    Tərtib olunmuş bu plan yaxın zamanda parlamentdə müzakirəyə çıxarılacaq və iyun ayında qanun statusunu əldə edəcək. Hökumətin bu səylərinin nəticəsi kimi 2050-ci ilə qədər CO2 emissiyasının tam dayandırılması olmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..


Alimlər qalaktikamızın mərkəzinə yaxın qəribə radiosiqnal mənbəyi aşkar ediblər..

Alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın hissəsində sirli radiodalğa mənbəyi aşkar ediblər...


Tibb işçiləri dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlə..

Bütün dünya üzrə tibb sahəsini əhatə edən 200-ə yaxın jurnal iqlim dəyişikliyi ilə bağlı xüsusi məqa..


Məhkəmə qərarına əsasən süni zəka patentdə ixtiraçı kimi qeyd edilə bilməz..

ABŞ-ın Leonie Brinkema adlı federal məhkəmə hakiminin qərarı ilə mövcud olan qanunvericiliyə əsasən ..

×