Logo
    main-post-cover

    Böyük Britaniya polisi kəşfiyyat səhvini Microsoft Copilot-un üzərinə atdı

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Böyük Britaniyanın ən böyük polis idarələrindən birinin rəhbəri Microsoft-un Copilot adlı süni intellekt köməkçisinin ciddi bir səhvə yol verdiyini etiraf edib. Söhbət futbol kəşfiyyat hesabatında heç vaxt keçirilməmiş bir oyunun göstərilməsindən gedir.
        West Midlands Polisi tərəfindən hazırlanan hesabatda guya “West Ham” və “Makkabi Tel-Əviv” komandaları arasında baş vermiş bir qarşılaşma və bu oyun zamanı yaşanan zorakılıqlar qeyd olunub. Lakin sonradan məlum olub ki, belə bir oyun ümumiyyətlə mövcud olmayıb və bu məlumat Copilot tərəfindən “uydurulub”.
         Bu səhv hesabatın nəticəsində ötən ilin noyabrında “Makkabi Tel-Əviv” azarkeşlərinin “Aston Villa” ilə Avropa Liqası oyununun keçiriləcəyi Birmingem şəhərinə girişinə qadağa qoyulub. Yerli Təhlükəsizlik Məsləhət Qrupu oyunu “yüksək riskli” hesab edib və buna səbəb kimi əvvəlki matçlarda baş verdiyi iddia olunan zorakılıq və nifrət cinayətləri göstərilib.
         Maraqlıdır ki, Gildford dekabr ayında polis tərəfindən süni intellektdən istifadə edildiyini inkar etmiş və səhvi sosial şəbəkələrdən avtomatik məlumat toplanması ilə əlaqələndirmişdi.
         Microsoft isə Copilot-un interfeysində açıq şəkildə xəbərdarlıq edir: “Copilot səhv edə bilər.” Buna baxmayaraq, bu hadisə süni intellektin real həyatda necə ciddi nəticələr doğura biləcəyini bir daha gündəmə gətirib. Şirkət məsələ ilə bağlı jurnalistlərin sorğularına cavab verməyib.
    Paylaş