Logo
    main-post-cover

    Böyük Britaniyada süni zəka təhlükəsizliyinə həsr edilmiş sammit keçiriləcək

        Böyük Britaniyanın baş naziri Rishi Sunak-ın süni zəka təhlükəsizliyinə həsr edilmiş qobal sammiti İngiltərənin Bletçli park adlı malikanəsində baş tutacaq. Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsi zamanı almanların Enigma adlı məşhur şifrələmə cihazının sirri məhz bu malikanədə çalışmış mütəxəssislər tərəfindən açılmışdı. Süni zəka təhlükəsizliyinə həsr edilmiş qlobal sammit noyabr ayında baş tutacaq. Sammitdə müxtəlif dövlətlərin və aparıcı süni zəka şirkətlərinin təmsilçiləri və o cümlədən mütəxəssislər də iştirak edəcəklər.
        Baş tutacaq sammit çərçivəsində onlar süni zəka texnologiyası ilə bağlı risklərin beynəlxalq səviyyədə koordinasiya edilmiş fəaliyyət sayəsində necə aradan qaldırılmasını müzakirə edəcəklər. Sunak sözügedən sammiti iyun ayında Vaşinqtona baş tutmuş səfəri zamanı anons etmişdi. Son zamanlarda baş nazir süni zəka texnologiyasına olan münasibətini dəyişib. Daha öncə o, bu texnologiyaya optimistik yanaşırdı.
        İndi isə o, süni zəka tərəfindən ola biləcək potensial risklər barəsində daha çox danışmağa başlayıb. Bununla belə Sunak Böyük Britaniyanın süni zəka sahəsində elə də ciddi oyunçu olmadığı fikrini qəbul etmir. O, Böyük Britaniyanı bu sahənin qlobal miqyasda tənzimlənməsinə istiqamətlənmiş güclərin mərkəzi kimi görür. Onun fikrincə bu cür mərkəz ABŞ ilə Çin arasında bağ rolunu və ya bir çoxlarının fikirlərinə əsasən daha sərt addımlar atan Avropa Birliyinin alternativi kimi çıxış edə bilər.
    Paylaş
    Bənzər xəbərlər