Logo
    main-post-cover

    Böyük Britaniyanın nizamlayıcı orqanları süni zəka üçün vahid qaydaların tərtib edilməsinə başlayıblar

        Böyük Britaniya hökuməti süni zəka sahəsindəki təmsilçilər üçün məsləhətlər təqdim edib və nizamlayıcı orqanları süni zəka üçün vahid qaydaların yaradılmasına çağırıb. Britaniya hökumətinin bu qərarı generativ süni zəka sistemlərinin son zamanlarda daha çox məşhurlaşmaları ilə bağlıdır. Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi parlamentə qaydalar siyahısını təqdim edib. Söhbət, süni zəka əsaslı sistemlərin necə çalışmalı olduqlarını təyin edən qaydalardan gedir. Parlamentə təqdim edilmiş sənəddə qeyd edilib ki, bu cür sistemlər təhlükəsiz, etibarlı, şəffaf, məsuliyyətli və idarə edilə bilən şəkildə çalışmalıdırlar.
        Şirkətlər isə öz süni zəka sistemləri tərəfindən verilə biləcək zərəri qarşılamalıdırlar. Bundan əlavə olaraq Elm, İnnovasiya və Texnologiyalar Nazirliyi, Bərabərlik və İnsan Hüquqları Komissiyasına, Rəqabət və Bazarlar İdarəsinə, Səhiyyə və Təhlükəsizlik Nazirliyinə fərdi qaydaların tərtib edilməsi tapşırığını verib. Bu nizamlayıcı orqanlar süni zəka ilə bağlı fərdi qaydalarını hazırlamaq üçün 12 ay vaxta sahibdirlər. Qaydalardan əlavə olaraq nazirliklər süni zəka istifadəsinin risklərini qiymətləndirməyə imkan verəcək alətləri də yarada bilərlər. Beləliklə Böyük Britaniya süni zəkanın nizamlanması üçün nəzərdə tutulmuş hüquq bazasının formalaşdırılmasına start vermiş ilk ölkə oldu.
    Paylaş
    Bənzər xəbərlər