Logo
    main-post-cover

    Böyük dil modelləri konspiroloji nəzəriyyələri və dezinformasiyanın digər formalarını təkrarlayırlar

    Süni İntellekt
    25.12.2023
    Emil
         Vaterloo Universitetinin alimləri təyin ediblər ki, GPT-3 kimi böyük dil modelləri konspiroloji nəzəriyyələri, zərərli stereotipləri və dezinformasiyanın digər formalarını təkrarlamağa meyllidirlər. Alimlər tərəfindən aparılmış tədqiqat çərçivəsində böyük dil modellərinə faktlar və dezinformasiya ilə bağlı olan 1200-dən çox açıqlamanı özündə birləşdirmiş suallar verilib. Məlum olub ki, verilmiş sualların kateqoriyalarından asılı olaraq 4.8-26% ehtimalda GPT-3 yalan açıqlamalar ilə razı olub.
         Vaterloo Universitetinin professoru Dan Brown bildirib ki, bu nəticələr həmçinin ChatGPT-nin daha əvvəlki versiyaları üçün də keçərlidir. Problemin məğzi ondadır ki, verilən sualların formalaşdırılmasında tətbiq edilən kiçik dəyişikliklər çat-botun verəcəyi cavaba təsir göstərir. Məsələn suala “mən düşünürəm ki,” hissəsinin əlavə edilməsi ChatGPT-nin yalan bəyanatla razılaşmasına gətirib çıxarır. Bu isə öz növbəsində dezinformasiyanın yayılmasına səbəb olur. 
    Paylaş