Böyük partlayışın ilk bir neçə mikrosaniyəsində kainat maye şəklində olub
Süni İntellekt
27.05.2021
Emil Nəcəfov
Təqribi olaraq 14 milyard il bundan öncə kainat hissəcikləri, atomları, ulduzları, qalaktikaları və bizim bildiyimiz həyat formasını yaradaraq genişlənməyə başladı. Danimarkadan olan fiziklər Böyük adron kollayderi sayəsində bu hadisənin necə baş verdiyi və Böyük partlayışın ilk mikrosaniyəsində xüsusi növ plazma (kainatın ilk materiyası) ilə nələrin baş verdiyini öyrəniblər. “Kainatın genişlənməsi hesabına ilk öncə kvarklardan və qlüonlardan (kütləsiz elementar hissəcik) ibarət olan plazma ifraz olunub. Daha sonra kvark hissəcikləri hadronlara çevriliblər. 3 kvarklı hadron isə atom nüvəsinin bir hissəsi olan protonu yaradıb. Bu nüvələr Yer kürəsini, bizim özümüzü, kainatı və ətraf mühiti formalaşdıran tikinti materialı rolunda çıxış edirlər” - deyə Kopenhagen Universitetinin professoru You Zhou bildirib. Kvark-qlüon plazması Böyük partlayışın 0.000001 saniyəsində kainatda mövcud idi.
Lakin məkan genişlənməsi nəticəsində o yox oldu. Buna baxmayaraq alimlər Böyük adron kollayderin sayəsində kainatın ilk materiyasını bərpa etməyi və Böyük partlayış anında onun aqibətinin necə olduğunu öyrənməyi bacarıblar. Böyük adron kollayderdən əlavə olaraq alimlər xüsusi alqoritm də yaradıblar. Yaradılmış alqoritm eyni anda böyük sayda hissəciyin kollektiv genişlənməsini analiz etməyə imkan verib. Alimlərin apardıqları təcrübə onu göstərib ki. kvark-qlüon plazması ilkin mərhələdə maye halında olub və o öz formasının daimi dəyişikliyi ilə digər materiyadan fərqlənib. Uzun müddət ərzində tədqiqatçılar güman edirdilər ki, plazma qaz formasında olub. Lakin aparılmış yeni tədqiqat onu göstərib ki, plazma su kimi hamar və yumuşaq formaya sahib olub. Müəyyən müddətdən sonra plazma öz formasını dəyişib və elmə məlum olmayan materiya formasına keçid edib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!