Logo
    main-post-cover

    Britaniyadakı tələblərin demək olar hamısı təhsildə süni zəkadan istifadə edir

    Süni İntellekt
    28.02.2025
    Emil
         Böyük Britaniyanın Ali Təhsil Siyasəti İnstitutu (HEPI) tərəfindən aparılmış araşdırma süni zəkanın tələbələr arasında sürətlə məşhurlaşdığını göstərib. Əgər 2024-cü ildə tələbələrin 66%-i təhsil üçün süni zəkadan istifadə edirdisə, 2025-ci ildə bu göstərici 92%-ə çatıb. Bundan əlavə, tədqiqatçılar bildiriblər ki, tələbələr yazılı imtahanlara hazırlaşarkən ChatGPT kimi alətlərdən aktiv şəkildə istifadə edirlər. Cəmi 1 il ərzində bu cür alətlərin istifadəsi 53%-dən 88%-ə yüksəlib. Tələbələr qeyd ediblər ki, süni zəkadan çətin mövzuları anlamaq, elmi məqalələri xülasələndirmək və tədqiqat layihələri üçün ideyalar yaratmaq məqsədilə istifadə edirlər.
         Bununla yanaşı, hər 5 tələbədən 1-i (18%) açıq şəkildə etiraf edir ki, süni zəka tərəfindən yaradılan mətn parçalarını birbaşa öz işlərinə daxil edir. Sorğuda iştirak etmiş 1000 nəfərdən 51%-i süni zəkanın onların vaxtına qənaət etməyə kömək etdiyini, 50%-i isə onun tədris materiallarının keyfiyyətinə müsbət təsir göstərdiyini bildirib. Araşdırma maraqlı bir tendensiyanı da üzə çıxarıb. Belə ki, imkanlı ailələrdən olan tələbələr süni zəkadan daha çox istifadə edirlər, nəinki daha az təminatlı həmyaşıdları.
         Tələbələrin süni zəkadan istifadəyə qarşı çıxmasının əsas səbəbləri isə akademik fırıldaqçılıqda ittiham olunmaq qorxusu və süni zəka nəticələrinin qeyri-dəqiqliyi (hallüsinasiyalar) olub. Araşdırmanın müəllifi Josh Freeman-ın fikrincə, tələbələrin akademik davranışındakı bu sürətli dəyişikliklər universitetlərin təcili tədbirlər görməsini tələb edir. O hesab edir ki, universitetlər qiymətləndirmə sistemini yenidən nəzərdən keçirməlidirlər. Bu, süni zəkanın tapşırıqları asanlıqla həll etməsinə yol verməməli, eyni zamanda süni zəkanın tələbələr arasında geniş yayılmasını və aktiv istifadəsini nəzərə almalıdır.
    Mənbə: The Guardian
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-suni-zeka-vasitesile-intim-kontentlie
    Təhlükəsizlik

    Microsoft süni zəka vasitəsilə intim kontentlər hazırlamış haker qruplaşmasını çökdürüb

    Microsoft, ABŞ və digər ölkələrdən olan hakerlərin süni zəka əsaslı generativ alətlərin məhdudiyyətlərini aşaraq zərərli kontent yaratdıqlarını aşkar edib. Bu fəaliyyətə Azure bulud xidmətində OpenAI modellərindən istifadə edən hakerlər də daxildir.
    openai-gpt-45-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    OpenAI GPT-4.5 süni zəka modelini təqdim edib

    OpenAI şirkəti GPT-4.5 süni zəka modelini təqdim edib. Bu, şirkətin indiyə qədərki ən inkişaf etmiş və genişmiqyaslı böyük dil modelidir (LLM). İstehsalçının sözlərinə görə, bu, onların "ən məlumatlı modeli"dir, lakin GPT-4.5-in inqilabi bir model olmadığı aydındır və bəzi hallarda məntiqi düşünmə bacarıqlarına malik o1 və o3-mini modelləri qədər yüksək nəticələr göstərməyə bilər.
    tencent-sirketi-deepseek-den-daha-suretli-calisan-suni-zeka-modelini-teqdim-edib
    Süni İntellekt

    Tencent şirkəti DeepSeek-dən daha sürətli çalışan süni zəka modelini təqdim edib

    Tencent Holdings şirkəti Hunyuan Turbo S adlı yeni süni zəka modelini təqdim edib. Şirkətin iddiasına görə, bu model sorğulara DeepSeek R1-dən daha sürətli reaksiya verir və düşünmə qabiliyyətinə malikdir.
    deepseek-cinde-suni-zeka-inqilabini-ise-salib
    Süni İntellekt

    DeepSeek Çində süni zəka inqilabını işə salıb

    DeepSeek-in gözlənilməz uğuru Çində böyük dil modellərinin (LLM) geniş tətbiqinə təkan verib - bu texnologiya tibb müəssisələrindən tutmuş yerli idarəetmə orqanlarına və dövlət şirkətlərinə qədər bir çox sahədə tətbiq olunmağa başlayıb.
    microsoft-ceo-su-suni-zekanin-deyeri-onun-iqtisadiyyata-nece-tesir-gosterdiyinden-asili-olacaq
    Süni İntellekt

    Microsoft CEO-su: "Süni zəkanın dəyəri onun iqtisadiyyata necə təsir göstərdiyindən asılı olacaq"

    Microsoft-un baş direktoru Satya Nadella süni zəkanın uğurunun qlobal iqtisadiyyata gətirdiyi fayda ilə ölçülməli olduğunu bildirir. Onun fikrincə, süni zəka həqiqətən təsirli olacaqsa, onun e-poçt və ya Excel kimi "öldürücü tətbiqə" (killer app) çevrilməsi lazımdır.