Britaniyalı fizik: 'Qara materiya informasiya ola bilər'

Britaniyalı fizik: 'Qara materiya informasiya ola bilər'

Süni zəka və Elm
14.08.2020 PAYLAŞIM

    Britaniyalı fizik Melvin Vopson əmindir ki, informasiya adi maddədən heçnə ilə fərqlənmir və onu əslində maddənin 5-ci aqreqat halı hesab etmək lazımdır. Bundan əlavə olaraq o güman edir ki, xüsusi nisbilik nəzəriyyəsi və öz doğruluğunu sübut etmiş Landauer prinsipi (fiziki reallaşdırma üsulundan asılı olmayaraq istənilən hesablama sistemində 1 bit informasiyanın yoxa çıxması zamanı ən azı 1 coul (fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi) istilik ayrılır) informasiyanın həmin qara materiya (kosmoloqların axtarıb tapa bilmədikləri qara materiya) olduğuna yol verir. Bu barədə Hightech.plus saytı xəbər verib.

Kainatdakı bütün maddələr 3 aqreqat halından birində olurlar: Bərk, qaz, maye. Bu aqreqat hallara həmçinin plazma da aid edilir.

    Lakin həyatımız nə qədər çox rəqəmsallaşmağa doğru gedirsə, bizim hesablama gücləri ilə informasiya sorğularımızı qarşılamaq üçün bir o qədər fiziki materiya da (neft, silisium, karbon) lazım olur. İnformasiyanın illik 50% yüksəlməsi üzrə müasir tendensiyanı nəzərə alaraq fizik Melvin Vopson güman edir ki, 150 ildən sonra bit-lərin sayı Yer kürəsindəki atomların sayına bərabər olacaq. O əmindir ki, 2245-ci ilə kimi isə Yer kürəsinin kütləsinin yarısı rəqəmsal məlumatlara çevriləcək.


Vopson düşünür ki, informasiya adi materiyadan heçnə ilə fərqlənmir və onu 5-ci aqreqat hal kimi qəbul etmək lazımdır.

    Öz tədqiqatında Vopson, Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsi (bir çox şeylərdən əlavə olaraq kütlə ilə enerjinin ekvivalent olduqlarını söyləyir), Rolf Landauer-in informasiya barəsində olan nəzəriyyəsinə (informasiyanı enerji ilə bir tutan nəzəriyyə) dair termodinamika qanunları və Klod Şennon-un informasiya nəzəriyyəsi (ilk rəqəmsal bit-in ortaya çıxmasına səbəb olan nəzəriyyə) ilə paralellər gətirir. “Bir halda ki, xüsusi nisbilik nəzəriyyəsi ilə Landauer prinsipi öz doğruluqlarını sübut ediblər, çox ehtimal ki, yeni prinsipin doğruluğu da sübut ediləcək. Lakin bu hələki nəzəriyyədir” - deyə Melvin Vopson bildirib.

    Onun fikrincə fiziklər həmişə kainatın tərkibi barəsindəki təsəvvürlərini genişləndiriblər. Öz alətlərinin dəqiqliklərini yüksəldərək onlar başa düşürdülər ki, kainat təkcə barion materiyadan (barion - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlar) deyil, həmçinin qara materiyadan, qara enerjidənzaman-məkandan ibarətdir. İnformasiya daha abstrakt görünsə də kainatın tərkib hissəsini təşkil edən özəlliklərdən ola bilər.

    Belə ki, informasiya orqanik olmayan materiyanın və həyatın ayrılmaz hissəsidir. Vopson sübut edir ki, informasiya kütləyə sahib ola və qravitasiya vasitəsilə baş verən qarşılıqlı əlaqələrdə özünü göstərə bilər. Faktiki olaraq alimlərin axtarıb tapa bilmədikləri qara materiya nəticədə informasiya ola bilər. Əgər bu belədirsə, deməli insanlar tərəfindən generasiya olunan rəqəmsal informasiyalar düşünüldüyündən daha vacib ola bilərlər. 



DAHA ÇOX


Samsung süni zəka əsaslı çat-botunu hazırlamağa başlayıb

Son aylar ərzində generativ süni zəka sistemlərinin və onların əsasında çalışan çat-botların istifad..


Süni zəka tərəfindən tərtib edilmiş mətnləri demək olar 100%-lik dəqiqliklə təyi..

ABŞ-ın Kanzas Universitetinin mütəxəssisləri alimlər tərəfindən yazılmış elmi məqalələri və s. mater..


OpenAI şirkəti GPT-5 dil modelinin təlimatlandırılmasına hələ start verməyib..

Hələ bir neçə müddət bundan öncə OpenAI şirkəti bildirmişdi ki, o, ChatGPT-nin əsasında olan GPT-4 d..


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..

×