main-post-cover

    Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

    Süni İntellekt
    21.07.2021
    Farid Pardashunas
        Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri barəsində ən dəqiq sübutların təqdim olunmasında yardımçı olub. İngilis mütəxəssisləri tərəfindən aparılmış tədqiqatın nəticələrinə əsasən sənaye öncəsi dövr ilə müqayisədə CO2 qazı həcminin ikiqat artması çox güman ki, Yer kürəsinin orta temperaturunun 3.2 dərəcəyə yüksəlməsinə gətirib çıxardacaq. Bu isə o deməkdir ki, bizim həmin temperatur sərhədini 2 dərəcədə saxlamaq şansımız artıq yoxdur. Sənaye öncəsi dövrdə atmosferdəki CO2 həcmi təqribi olaraq 280.000% təşkil edirdi. İndiki göstərici isə 420.000%-ə yaxınlaşır. Əgər ciddi tədbirlər görülməsə, əsrin ortasına kimi bu göstərici 560.000%-ə çatacaq.
        CO2 səviyyəsinin yüksəlməsi əsasında proqnozlaşdırılmış iqlim istiləşməsinin rolu iqlim həssaslığına təsir göstərir. Bu parametr planetin parnik qazlarının həcmlərinin artmasına necə reaksiya göstərdiyini sərgiləyir. Bu barədə Phys.org saytı xəbər verib. İqlim həssaslığı üzrə olan proqnozlarda bilinməyən vacib faktor isə buludların təsirləri və onların gələcəkdəki dəyişiklikləri ilə bağlıdır. Məsələ burasındadır ki, buludlar atmosferdəki sıxlıqdan və hündürlükdən asılı olaraq istiləşmə effektini ya aşağı sala ya da yüksəldə bilərlər.
        Günəş şüalarının Yer kürəsinin səthinə çatmağa imkan verməyən aşağı buludlar soyutma effektini sərgiləyirlər. Yuxarı buludlar isə əksinə parnik effektini yüksəldərək soyutma prosesinin qarşısını alırlar. Buludların təsirlərini qiymətləndirmək üçün süni zəka texnologiyası əsasında yaradılmış yeni analiz üsulu vasitəsilə mütəxəssislər buludlar, temperatur, nəmişlik və külək üzərindəki müşahidə məlumatlarını bir araya toplayıblar. Onlar aşkar ediblər ki, 97.5% ehtimal ilə buludlar qlobal istiləşməni və parnik effektini yüksəldəcəklər. CO2 həcminin ikiqat yüksəlməsi Yer kürəsinin orta temperaturunu 3.2 dərəcə Selsi-dən yüksəyə qaldıracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər