Logo
    main-post-cover

    ByteDance Hollivudla razılaşdı

        ByteDance Hollivudun aparıcı kinostudiyalarını təmsil edən Motion Picture Association (MPA) ilə süni intellekt vasitələrində müəllif hüquqlarının qorunmasına dair razılığa gəlib. Razılaşma ByteDance-in süni intellekt əsasında video yaradan Seedance və şəkil yaradan Seedream modellərini əhatə edir. Bu texnologiyalardan TikTok, CapCut və Dreamina kimi tətbiqlərdə də istifadə olunur.
    ByteDance signs AI copyright pact with Hollywood trade group | Reuters
        ByteDance bildirir ki, modellərin yeni versiyalarında əqli mülkiyyət və müəllif hüquqlarının qorunması üçün daha güclü məhdudiyyətlər tətbiq edilib. Lakin tərəflər konkret olaraq hansı texniki tədbirlərin görüldüyünü açıqlamayıblar. ByteDance ilə Hollivud arasındakı gərginlik Seedance 2.0 modelinin təqdimatından sonra daha da artmışdı. MPA şirkətə rəsmi xəbərdarlıq göndərərək sistemi müəllif hüquqlarının genişmiqyaslı şəkildə pozulmasına şərait yaratmaqda ittiham etmişdi.
        Disney, Netflix, Warner Bros., Paramount və Sony kimi böyük studiyalar da ByteDance-ə ayrıca xəbərdarlıqlar göndərmişdilər. Xüsusilə Marvel və Star Wars personajlarının Seedance vasitəsilə yaradıldığı videoların sosial şəbəkələrdə yayılması narazılığa səbəb olmuşdu.
    Paylaş