Canlı hüceyrələrə sahib yaradılmış yeni gel zədələnmiş sümükləri birbaşa orqanizmdə bərpa edəcək

Canlı hüceyrələrə sahib yaradılmış yeni gel zədələnmiş sümükləri birbaşa orqanizmdə bərpa edəcək

Süni zəka və Elm
27.01.2021 PAYLAŞIM

    Əgər hansısa xəstəlik və ya zədələnmə nəticəsində insan sümüyünün bir hissəsini itirirsə, o, həmin insanın digər sümüyündən götürülmüş sümük toxuması ilə əvəz edilir. Canlı hüceyrələrə sahib yaradılmş yeni geli isə gələcəkdə sümüyün zədələnmiş yerinə yeritmək mümkün olacaq və bunun sayəsində həmin gel bərkiyərək funksional sümük yaradacaq. Avstraliyalı alimlər tərəfindən təklif edilmiş bu yeni üsul sürətli təsiri və təhlükəsizliyi ilə seçilir. Bu barədə New Atlas saytı xəbər verib.

    Tədqiqatçılar zədələnmiş sümüklərin bərpası üçün müxtəlif təcrübi materiallar hazırlayırlar. Həmin materiallar strukturlu karkas rolunu oynayırlar və müəyyən müddət sonra sümük toxumasının hüceyrələrini bərpa edirlər. Daha tez təsirə sahib yeni üsulu tapmaq niyyətində olan avstraliyalı alimlər kalsium fosfatları əsasında yeni növ gel yaradıblar. Yaradılmış gelin tərkibində isə pasientdən götürülmüş canlı hüceyrələr mövcuddur. Hüceyrə suspenziyasında çox istiqamətli keramik bioçap üsulu vasitəsilə bu gel sümüyün birbaşa zədələnmiş hissəsinə yeridilir.


    Bir neçə dəqiqədən sonra isə orqanizmdə olan mayelərin təsiri nəticəsində gel bərkiyərək sümüyə bənzər materiala çevrilir. Daha sonra bərkimiş materialın hüceyrələri bir-birilərini istehsal edərək sonda materialı canlı sümük toxumaları ilə təmin edirlər. Alternativ materiallardan fərqli olaraq avstraliyalı alimlər tərəfindən təklif olunan bu üsul daha tez təsir göstərir və təhlükəsizdir. Bu texnologiya müasir praktikanı tamamilə dəyişmək, pasientlərin işlərini yüngülləşdirmək və nəticədə həyatları xilas etmək potensialına sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.


Yer kürəsinin bütün buzlaqları 30% daha sürətlə əriyir

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer..


Elon Musk: 'Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımd..

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin ya..


Ingenuity dronu Mars atmosferində üçüncü uçuş missiyasını uğurla keçirdib (VİDEO..

NASA agentliyi Ingenuity dron aparatınn Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdır..

×