
ChatGPT 10 aylıq elmi işin öhdəsindən 1 saata gəlib (VİDEO)
Süni İntellekt
17.09.2024
Emil
NASA-nın elmi əməkdaşı Kyle Kabasares, ChatGPT-nin o1 adlı süni zəka modelinə sahib versiyasını test edərək onu qiymətləndirib. Onun sözlərinə əsasən ChatGPT-nin o1 süni zəka modelinə sahib versiyası onun 10 aya görəcəyi işi sadəcə 1 saata yerinə yetirib. Qeyd etmək lazımdır ki, OpenAI şirkəti o1 adlı yeni süni zəka modelini keçən həftə təqdim etdi və onu ChatGPT-nin ödənişli versiyasının istifadəçiləri üçün aktivləşdirdi.
NASA-nın elmi əməkdaşı bildirib ki, o1 süni zəka modelinə sahib ChatGPT-nin ilkin versiyası sadəcə 6 sorğunun və sərf edilmiş 1 saatın sayəsində onun elmi işindəki kodu təkrarlamağı bacarıb. Kyle isə özü fərdi şəkildə həmin elmi işin öhdəsindən 10 aya gələ bilərdi. Nəticədə süni zəka qoyulmuş tapşırığın öhdəsindən 7200 dəfə daha sürətli gələ bilib. “Qeyd etmək istəyirəm ki, çat-bot tərərinfən tərtib edilmiş kod mənim öz fərdi kodumun iş prosesini imitasiya etsə də, o öz sintaktik məlumatlarından istifadə edir. Çat-bota sintaktik məlumatların tərtibatı əmrini mən vermişəm. Çat-bot mənim 10 ay ərzində öz elmi dissertiyamı yazmağım üçün etmiş olduğum prosesi effektiv şəkildə sürətlə yerinə yetirib” - deyə Kyle bildirib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
