
ChatGPT biznes məsləhətçilərinin performanslarını artırır
Süni İntellekt
30.12.2023
Emil
Harvard Biznes Məktəbinin aparmış olduğu tədqiqata əsasən OpenAI şirkətinin ChatGPT çat-botu biznes məsləhətçilərinin işlərinin effektivliklərini diqqət çəkəcək səviyyədə yüksəldə bilər. Lakin bununla belə sözügedən çat-bot biznes məsləhətçilərində üstəlik narahatlığa da səbəb olur. Boston Consulting Group şirkətinin 750 nəfər mütəxəssisinin iştirakı ilə xüsusi təcrübə aparılıb. Aparılmış təcrübə çərçivəsində mütəxəssislər ChatGPT-dən istifadə edərək müxtəlif tapşırıqları yerinə yetirməli idilər.
Məlumata əsasən ChatGPT-dən istifadə edərək mütəxəssislərin çalışma keyfiyyətləri 40% yüksəlib, gördükləri işlərə sərf etdikləri vaxt isə 20% aşağı düşüb. Lakin analitik işlərdə çat-bot mütəxəssislərdə çaşqınlıqların yaranmasına səbəb olub. Təcrübədə iştirak etmiş şəxslərin 75%-i qeyd edib ki, süni zəka tərəfindən təqdim edilən ipuculara öyrəşmə öz növbəsində onların öz bacarıqlarının yoxa çıxmalarına gətirib çıxara bilər. Mütəxəssislərin sözlərinə əsasən bir çoxları texnologiyanın onların peşələrinə təsirləri fikirlərindən mənəvi depressiyaya düşüblər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
