
ChatGPT daha öncə düşünüldüyü qədər çox enerji sərf etmir
Süni İntellekt
13.02.2025
Emil
Əvvəlki hesablamalara görə, ChatGPT bir sorğuya cavab vermək üçün təxminən 3 vat-saat enerji sərf edir. Bu isə Google axtarışından istifadə zamanı tələb olunan orta enerji miqdarından 10 dəfə çoxdur. Lakin süni zəkanın inkişaf trayektoriyasını və idarəetmə məsələlərini araşdıran Epoch AI tədqiqat institutu bu statistik məlumatı təkzib edib və bildirib ki, OpenAI-nin çat-botunun enerji sərfiyyatı əvvəlki hesablamalardan xeyli azdır. Epoch AI-nin hesabatına əsasən, GPT-4o modeli əsasında çalışan ChatGPT bir cavab yaratmaq üçün cəmi 0.3 vat-saat enerji sərf edir.

TechCrunch portalına müsahibəsində Epoch AI-nin data-analitiki Joshua You bildirib: "Əslində, enerji sərfiyyatı adi məişət cihazlarının istifadəsi, evin isitmə və ya soyudulması və ya avtomobilin çalışması ilə müqayisədə o qədər də yüksək deyil”. Ekspertin sözlərinə görə, ChatGPT-nin əvvəlki enerji sərfiyyatı qiymətləndirmələri köhnəlmiş məlumatlara əsaslanırdı. Mütəxəssis qeyd edib ki, ChatGPT-nin enerji sərfiyyatı ilə bağlı ümumi hesablamalar OpenAI-nin köhnə və qeyri-effektiv çiplərdən istifadə etdiyini fərz edən yanaşmaya əsaslanırdı. "Bundan əlavə, bəzi həmkarlarım qeyd ediblər ki, ən geniş yayılmış 3 vat-saatlıq enerji sərfiyyatı qiymətləndirməsi olduqca köhnə araşdırmalara əsaslanırdı. Təxminən aparılan hesablamalara baxsaq, bu rəqəmin həddən artıq şişirdildiyi görünür" - deyə You əlavə edib.

Bununla belə, Epoch AI-nin ChatGPT-nin enerji sərfiyyatı ilə bağlı qiymətləndirməsini mütləq həqiqət kimi qəbul etmək olmaz, çünki bu hesablamalar çat-botun şəkil generasiyası kimi bəzi əsas süni zəka imkanlarını nəzərə almır. Ekspertin sözlərinə görə, ChatGPT-nin enerji sərfiyyatında yaxın zamanda artım gözlənilmir, lakin süni zəka modelləri inkişaf etdikcə onların çalışması üçün daha çox enerji tələb olunacaq. Aparıcı süni zəka şirkətləri, o cümlədən OpenAI, sadəcə suallara cavab verməklə kifayətlənməyən, eyni zamanda cavabın əldə olunma prosesini izah edən "məntiq yürüdən" süni zəka modellərini inkişaf etdirməyə üstünlük verirlər. Bu isə daha yüksək enerji sərfiyyatı tələb edəcək.
Son illərin bir çox hesabatları göstərir ki, Microsoft Copilot və ChatGPT kimi texnologiyalar bir sorğuya cavab tərtib edərkən soyutma üçün bir şüşə su həcmində resurs sərf edirlər. Bu nəticələr, Microsoft və Google-un ümumi enerji sərfiyyatının dünyanın 100-dən çox ölkəsinin elektrik sərfiyyatından artıq olduğunu bildirən əvvəlki hesabatların davamıdır. Ən son araşdırmalardan birində detallı şəkildə göstərilirdi ki, OpenAI-nin GPT-3 modeli əvvəlki hesablamalardan dörd dəfə çox su sərf edir, GPT-4 isə cəmi 100 ədəd söz tərtib etmək üçün 3 şüşəyə qədər su istehlak edir. Aydın olur ki, süni zəka modelləri inkişaf etdikcə daha çox resurs tələb edir. Lakin son araşdırmalar göstərir ki, ChatGPT əvvəlki təsəvvürlər qədər yüksək enerji və su sərf etməyə bilər.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Yaxın zamanda GPT-4.5 və GPT-5 istifadəyə veriləcək
OpenAI şirkətinin baş direktoru Sam Altman gələcək GPT-4.5 və GPT-5 süni zəka modelləri ilə bağlı şirkətin planlarını ətraflı izah edib.

Proqram Təminatı
ChatGPT və digər çat-botlar xəbər xülasələrini yaxşı hazırlamırlar
BBC tərəfindən aparılmış araşdırma göstərib ki, dünyanın dörd ən populyar süni zəka əsaslı çat-botu xəbərlərin xülasəsini hazırlayarkən çoxlu səhvlərə yol verir.

Tech-Biznes
Elon Musk, OpenAI şirkətini 97.4 milyard dollara almağı təklif edib
The Wall Street Journal-ın məlumatına görə, Elon Musk investorlar qrupuna rəhbərlik edərək OpenAI-nin qeyri-kommersiya bölməsini 97.4 milyard dollara almaq üçün təklif irəli sürüb.

Süni İntellekt
OpenAI öz süni zəka çipinin istehsalına artıq bu il start verə bilər
Süni zəka sahəsində aparıcı şirkət olan OpenAI, NVIDIA istehsalı olan süni zəka sürətləndiricilərindən asılılığını azaltmaq üçün ciddi səylər göstərir. Açıqlandığına görə, OpenAI qarşıdakı bir neçə ay ərzində öz çipinin hazırlanmasını başa çatdırmağı və onu TSMC şirkətinin zavodlarında ən qabaqcıl texnoloji proseslərdən istifadə edərək istehsal etməyi planlaşdırır.

Süni İntellekt
Sam Altman: "Süni zəka məhsulları ucuzlaşdıracaq, lakin bərabərsizlikdən xilas etməyəcək"
OpenAI şirkətinin CEO-su Sam Altman yeni essedə bildirib ki, şirkət süni zəkanı hər kəs üçün əlçatan etmək məqsədilə genişmiqyaslı investisiyalara və təcrübi yanaşmalara hazırdır. O, bir daha vurğulayıb ki, tezliklə ümumi süni zəka (AGI) ortaya çıxacaq və bu, iqtisadiyyatı köklü şəkildə dəyişəcək, elmi tərəqqini sürətləndirəcək və bir çox məhsulların qiymətini azaldacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
