main-post-cover

    ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından uğurla keçib

    Süni İntellekt
    24.01.2023
    Farid Pardashunas
        OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində istifadəsi məsələsi yuxarı sinif müəllimlərini narahat etsə də, problem təkcə orta məktəblə kifayətlənmir. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin professoru Christian Terwiesch bildirib ki, ChatGPT çat-botu MBA (Master of Business Administration) proqramının “Əməliyyatların idarə edilməsi” adlı əsas kursunun buraxılış imtahanından uğurla keçib. Qeyd etmək lazımdır ki, MBA proqramı üzrə təhsil almış məktəb məzunları dövlət xidməti üzrə biznesdə orta və ya yüksək səviyyəli menecer vəzifələrində çalışırlar.
        Christian Terwiesch-in sözlərinə əsasən çat-bot əməliyyatların idarəsi və proseslərin analizi üzrə olan sualların öhdəsindən möhtəşəm gəlib. Bununla belə professor bildirib ki, proseslərin analizini əhatə edən daha qəliz suallara cavabların verilməsində bəzi problemlər də müşahidə edilib. Buna baxmayaraq professorun fikrincə nəticə olaraq çat-bot imtahanda B-dən B- kimi olan qiymətləndirməni əldə edə bilər. Bu, yüksək bal sayılmasa da, keçid balı hesab edilir. Yəni onu əldə etmək imtahandan keçmək deməkdir  Professor əlavə edib ki, ChatGPT həmçinin hüquqi sənədlərin hazırlanmasında da özünü yaxşı sərgiləyib və bəziləri hətta düşünürlər ki, bu texnologiyanın növbəti versiyası hüquqşünas imtahanından rahatlıqla keçə bilər.
        “Kalkulyatorların və digər hesablaycı cihazların istifadəyə verilməsindən öncə şirkətlərin çoxu yüzlərlə işçi qəbul edirdi və həmin işçilərin əsas məşğuliyyətləri riyazi əməliyyatların fərdi şəkildə yerinə yetirilməsi idi. Aydındır ki, hal hazırda bu cür tapşırıqlar avtomatlaşdırılıb və onlarla bağlı olan insani bacarıqların dəyərlərinin səviyyəsi aşağı enib. Eynilə bizim MBA proqramlarımızda öyrədilən bacarıqların istənilən səviyyədə avtomatlaşdırılması potensial olaraq təhsilin dəyərini aşağı sala bilər” - deyə Christian Terwiesch qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər