Logo
    main-post-cover

    ChatGPT-ə it səsi də daxil olmaqla 8 yeni səs əlavə olunur!

    Süni İntellekt
    04.09.2024
    Farid

         OpenAI, ChatGPT-yə 8 yeni səs əlavə edərək, ona həm insan, həm də heyvan səslərini daha təbii və real şəkildə ifadə etmə qabiliyyətini qazandırır.

         ChatGPT-ə əlavə edilən yeni səslərin hər biri unikal kod adı ilə gələcək və fərqli xüsusiyyətlərə malik olacaq. OpenAI-nin məqsədi ChatGPT-nin bu səslərlə daha insana bənzər, emosional və ifadəli danışma qabiliyyəti əldə etməsini təmin etməkdir.
    View post on X
         Məsələn, o, mətnlərdəki emosiyaları daha yaxşı əks etdirmək üçün səs tonunu dəyişdirə və hətta qalın və ya kursivlə yazılmış sözləri vurğulaya biləcək. Xüsusilə hekayələr, audiokitablar və ya teatr skriptləri kimi tətbiqlərdə böyük fərq yaradacaq. Lakin unutmamalı olduğumuz bir məqam var: ChatGPT-ə gələn yeni səslər hələ də TTS (text-to-speech) texnologiyası ilə işləyir. Beləliklə, bu xüsusiyyətlər, təbii insan nitqi kimi olmasa da, ChatGPT-nin istifadəçilərlə daha mehriban və interaktiv şəkildə ünsiyyət qurmasına kömək edəcək.
         Bu yenilik, OpenAI-nin süni intellekt texnologiyasını hər gün daha çox insan mərkəzli etmək səylərinin bir hissəsidir. Heyvan səsləri və daha ifadəli insan nitqi kimi xüsusiyyətlər, ChatGPT-ni sadəcə söhbət vasitəsinə deyil, həm də əyləncə və təhsil mənbəyinə çevirə bilər.
    Paylaş