
ChatGPT imtahanlarda 1-ci kurs real tələbələri geridə qoyub
Süni İntellekt
01.07.2024
Emil
Mütəxəssislər tərəfindən aparılmış yeni təcrübəyə əsasən süni zəka hansısa xüsusi tətbiqlər vasitəsilə aşkar edilmədən uğurlu şəkildə universitet imtahanlarından keçə bilər. Məlumata əsasən tələbələrin imtahan bacarıqları ilə müqayisədə ChatGPT-nin imtahan bacarıqları yüksək qiymətləndirməyə layiq görülüblər. İngiltərənin Redinq Universitetinin alimləri Peter Scarfe-nin rəhbərliyi altında irimiqyaslı təcrübə keçiriblər. Aparılmış təcrübənin əsas məqsədi müasir süni zəka sistemlərinin universitet imtahanlarının öhdəsindən hansı effektivliklə gəldiklərini təyin etmək olub.
Bunun üçün mütəxəssislər psixoloq tələbələr üçün 30 ədəd ChatGPT hesabı yaradıblar və imtahanlarda çat-botun təqdim etmiş olduğu cavablardan istifadə ediblər. Nəticələr isə heyrətləndirici olublar. Belə ki, süni zəka vasitəsilə tərtib edilmiş cavabların 94%-i imtahanları götürmüş şəxslərin nəzərlərindən yan keçib. Yəni onlar cavabların süni zəka tərəfindən tərtib edildiyini təyin edə bilməyiblər. Bununla belə cavabların 84%-i real tələbələrin cavablarından daha yüksək qiymətləndirməni əldə ediblər. Aparılmış bu təcrübə həmçinin süni zəka tərəfindən tərtib edilmiş məlumatların təyini sistemlərindəki məhdudiyyətləri də ortaya çıxarıb. Belə ki, bu cür sistemlər laboratoriya şəraitində yaxşı nəticələr sərgiləsələr də real həyatdakı vəziyyətlərdə onların effektivlikləri aşağı düşür.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
