Logo
    main-post-cover

    ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?

    Süni İntellekt
    26.12.2023
    Emil
         OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT istifadəçilərinin süni zəkadan daha çox nələri gözlədiklərinin siyahısını təqdim edib. Siyahıya həm yeni məhsullar həm də artıq mövcud olan məhsulların təkmilləşdirilmələri ilə bağlı istəklər yer alıblar. Beləliklə istifadəçilərin OpenAI məhsullarında ən çox görmək istədikləri yeniliklər və dəyişikliklər aşağıdakılardır.
    - Ümumi süni zəka (Artificial General Intelligence / AGI)
    - GPT-5 dil modeli
    - ChatGPT-də nitq vasitəsilə çalışma rejiminin yaxşılaşdırılması
    - Çat-bota göndərilən sorğuların say limitinin artırılması
    - GPT modelinin və onun əsaslandırma bacarığının təkmilləşdirilməsi
    - Süni zəkanın davranışı üzərində daha ciddi nəzarət
    - Videolarla çalışma funksiyaları
    - Daha geniş fərdiləşdirmə imkanları
    - Təkmilləşdirilmiş axtarış sistemi
    - OpenAI hesabı vasitəsilə digər servislərdə giriş imkanı
    - Açıq mənbəli kod.
         Maraqlısı ondadır ki, siyahıdakı AGI bəndi ilə bağlı hissəsində Altman istifadəçilərdən biraz səbrli olmalarını xahiş edib. Bununla da o, OpenAI şirkətinin bu istiqamətdə çalışdığına işarə edib.
     
    Paylaş