ChatGPT, istifadəçilərinin sayını açıqlayıb!
Süni İntellekt
30.08.2024
Farid Pardashunas
OpenAI tərəfindən 2022-ci ilin sonunda istifadəyə verilən GPT dəstəkli çatbot, bütün dünyada milyonlarla insan tərəfindən istifadə olunur. Bəs ChatGPT-nin nə qədər istifadəçisi var?
Bilməyənlər üçün qeyd edək ki, ChatGPT, həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran xüsusiyyətlərə sahib bir söhbət botudur. Demək olar ki, ona verilən istənilən suala cavab verə bilən bu alət, həm də söhbət edə biləcəyiniz şəxsi köməkçi kimi də işləyə bilər. Axios-a görə, ChatGPT həftəlik 200 milyon aktiv istifadəçi sayını ötüb. Beləliklə, 1 il əvvəllə müqayisədə istifadəçilərin sayının 2 dəfə artdığını görə bilərik. OpenAI-nin paylaşdığı məlumata görə, bu sürətli artımda Fortune 500 şirkətlərinin də əhəmiyyətli payı var.
Məlumatlara görə, GPT-4o modelinin tətbiqi ilə mobil cihazlarda ChatGPT yükləmələrinin sayında ciddi artım müşahidə olunub. Bu artım, həm də gəlirlərin xeyli artmasına səbəb olub. Digər tərəfdən, Facebook-un sahibi Meta tərəfindən hazırlanan Llama AI da mühüm bir mərhələyə çatıb. O qədər ki, aylıq 400 milyonu və gündəlik 40 milyon aktiv istifadəçini keçib. Buna uyğun olaraq, OpenAI və Meta arasında ciddi rəqabətin olduğunu deyə bilərik.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Apple və NVIDIA, OpenAI şirkətinə milyardlarla dollar investisiya yatıra bilərlər
Dünən xəbər ortaya çıxdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır.
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google insan səsi sayəsində xəstəliyi təyin edə biləcək süni zəka üzərində çalışır
Google şirkəti müasir süni zəka sistemlərinin imkanlarını genişləndirməyə qərar verib.
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti yeni investisiyalar cəlb etməyə hazırlaşır
OpenAI şirkəti generativ süni zəka sahəsinə təsir gücünü aşağı salmaq niyyətində deyil. Bunun üçün şirkət yeni investisiyaları cəlb etməyi planlaşdırır.
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
OpenAI ChatGPT üçün yeni süni zəka sistemini hazırlayır
The Information saytının vermiş olduğu məlumata əsasən OpenAI şirkəti Strawberry kod adına sahib yeni süni zəka sistemini istifadəyə verməyə hazırlaşır.
Google DeepMind əməkdaşları, süni intellektin hərbi xidmətlər üçün istifadə edilməyinə qarşı etirazlarını bildiriblər!
Google DeepMind əməkdaşları, süni intellektin hərbi xidmətlər üçün istifadə edilməyinə qarşı etirazlarını bildiriblər!
Süni intellekt hərbi sahələrə keçdikcə Google-un süni intellekt üzrə tədqiqat bölməsi olan DeepMind-in əməkdaşları, şirkətin süni intellekt texnologiyasını orduya təqdim etməyi dayandırmasını istəyirlər.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!