ChatGPT kimi sistemlərə sahib serverlərin soyudulması üçün böyük həcmdə su istifadə edilir

ChatGPT kimi sistemlərə sahib serverlərin soyudulması üçün böyük həcmdə su istifadə edilir

Süni zəka və Elm
17.05.2023 PAYLAŞIM

    Bəzi mütəxəssislər GPT-4 Midjourney kimi süni zəka əsaslı sistemlərdə insan sivilizasiyası üçün böyük təhlükə mənbəyi görürlər. Lakin insanların çoxu generativ süni zəka sistemləri ilə bağlı bir məsələyə fikir vermirlər. Ola bilsin ki, yaxın gələcəkdə insanlar ilə süni zəka sistemləri adi su üzərində mübarizə aparsınlar. Belə ki, mütəxəssislərin fikirlərinə əsasən məlumatların emalı mərkəzlərinin soyudulması üçün daha çox su lazım olacaq. Bu problem Kaliforniya Texas Universitetlərinin mütəxəssislərinin diqqətlərini öz üzərinə çəkib.

    Onların qiymətləndirmələrinə əsasən GPT-3 kimi süni zəka əsaslı dil modelinin təlimatlandırılması üçün 700 000 litr su lazımdır. Bu cür həcmdə su 320 ədəd Tesla elektromobilinin istehsalına sərf edilir. Bundan əlavə olaraq ChatGPT çat-botu ilə 25-30 sualdan ibarət ünsiyyət 500 ml (millilitr) suyun sərf edilməsinə səbəb olur. Süni zəka sistemlərinin daimi şəkildə inkişaf etdirilməsi nəticəsində onlar daha çox suyun sərf edilməsinə səbəb olacaqlar.


    Buna görə də məlumatların emalı mərkəzlərinin soyutma sistemlərini tez bir zamanda optimizasiya etmək lazımdır. Mütəxəssislərin proqnozlarına əsasən bu əsrin ortasına kimi ABŞ-ın böyük sahələri quraqlıq problemi ilə qarşılaşacaqlar. Hal hazırda məlumatların emalı mərkəzləri öz sistemlərinin soyudulmasında istifadə edilən su həcmi barəsində məlumat verməkdən yayınırlar. Bu səbəbdən də mütəxəssislər öz hesablamalarında dolayı məlumatlardan istifadə etməli olurlar. Mütəxəssislərin təklif etdikləri variantlardan biri də odur ki, məlumatların emalı mərkəzləri daha soyuq iqlimə sahib regionlarda inşa edilsin. 



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×