Logo
    main-post-cover

    ChatGPT-nin böyüməsi zəifləyir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ChatGPT son aylarda əvvəlki sürətli böyümə tempini qorumaqda çətinlik çəkir. Analitik şirkət Sensor Tower-ın məlumatına görə, 2026-cı ilin aprel ayında tətbiqin silinmə göstəriciləri illik müqayisədə 132 % artıb. Mart ayında isə bu rəqəm daha kəskin olub və 413 %-ə çatıb. Bu artım xüsusilə OpenAI-ın fevral ayında ABŞ Müdafiə Nazirliyi ilə əməkdaşlıq elan etməsindən sonra müşahidə olunub.
    Introducing ChatGPT search | OpenAI
        Buna baxmayaraq, ChatGPT istifadəçi bazasını artırmağa davam edir. Lakin artım tempi əvvəlki aylarla müqayisədə xeyli zəifləyib. Məsələn, yanvar ayında aylıq aktiv istifadəçi artımı 168 % olduğu halda, aprel ayında bu göstərici 78 %-ə qədər enib. Buna paralel olaraq, rəqib platformalar daha sürətli böyümə nümayiş etdirir. Xüsusilə Anthropic şirkətinin Claude adlı chatbotu son aylarda yükləmələrini 11 dəfə artıraraq diqqət çəkir. ChatGPT isə eyni dövrdə cəmi 14 % artım göstərə bilib.
        Ekspertlər bildirir ki, bu tendensiya OpenAI üçün strateji baxımdan həssas bir dövrdə baş verir. Şirkət IPO planlarını nəzərdən keçirərkən, daxili maliyyə göstəriciləri ilə bağlı narahatlıqlar da ortaya çıxıb. Wall Street Journal-ın məlumatına görə, OpenAI son dövrlərdə yeni istifadəçi cəlbi və gəlir üzrə öz daxili hədəflərini yerinə yetirə bilməyib. Şirkətin maliyyə direktoru Sarah Friar və digər rəhbər şəxslər, gəlir artımının kifayət qədər sürətli olmaması halında, OpenAI-ın gələcəkdə böyük həcmli hesablama xərclərini qarşılamaq qabiliyyətinin risk altına düşə biləcəyindən ehtiyat edir.
     
    Paylaş