Logo
    main-post-cover

    ChatGPT-nin cavablarında Grokipedia mənbələri aşkarlanıb

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ChatGPT cavablarında xAI-ın yaratdığı və mübahisəli mənbə kimi tanınan Grokipedia-ya istinadların görünməsi diqqət çəkib.
    Grokipedia Won't Destroy Knowledge, but it Might Divide Us More |  TechPolicy.Press
        The Guardian qəzetinin araşdırmasına görə, GPT-5.2 modeli onlarla fərqli sualı cavablandırarkən Grokipedia-nı ən azı doqquz dəfə mənbə kimi göstərib. Maraqlıdır ki, bu istinadlar əsasən geniş müzakirə olunan mövzulara yox, daha az tanınan və niş mövzulara aid suallarda qeydə alınıb.
        Grokipedia 2025-ci ilin oktyabrında istifadəyə verilib. Elon Musk bu platformanı Vikipediyanın mühafizəkar baxışlara qarşı qərəzli olması iddialarından sonra təqdim etmişdi. Lakin qısa müddətdə məlum olub ki, Grokipedia-dakı bəzi məqalələr birbaşa Vikipediyadan köçürülüb, digərlərində isə HİV/AIDS-lə bağlı elmi cəhətdən yanlış iddialar, köləliyə ideoloji əsaslandırmalartransgender şəxslər üçün alçaldıcı terminlər yer alıb.
     
    Paylaş