main-post-cover

    ChatGPT-nin rəqibi?: Google Bard adlı süni zəka əsaslı çat-botunu təqdim edib

    Süni İntellekt
    07.02.2023
    Farid Pardashunas
        Google şirkəti özünün Bard adlı süni zəka əsaslı çat-botunu təqdim edib. Gözləntilərə əsasən sözügedən çat-bot OpenAI şirkəti tərəfindən yaradılmış ChatGPT çat-botunun birbaşa rəqibi olacaq. Google şirkətinin Bard adlı çat-botu yaxın zamanda məhdud sayda istifadəçi üçün istifadəyə veriləcək və bir neçə həftədən sonra bütün istifadəçilər üçün aktiv olacaq. Məlumatda qeyd edilib ki, Bard çat-botunun əsasını Google şirkətinin LaMDA (Language Model for Dialogue Application) adlı dil modeli təşkil edir. Google bildirib ki, bu çat-botdan ilk öncə qapalı beta testin iştirakçıları faydalana biləcəklər. Növbəti həftələr ərzində isə o, bütün istifadəçilər üçün istifadəyə veriləcək.
        “Biz, LaMDA əsasında danışıq xarakterli təcrübi süni zəka servisi üzərində çalışırıq. Onun adı Bard-dır. Bugün biz onu yaxın həftələrdə bütün istifadəçilər üçün aktiv etməzdən öncə məhdud sayda istifadəçi arasında istifadəyə verməklə növbəti addımı atmış oluruq” - deyə Google qeyd edib. Məlumatda qeyd edilib ki, test çərçivəsində Bard çat-botu LaMDA-nın sadələşdirilmiş versiyasının əsasında çalışacaq. LaMDA-nın sadələşdirilmiş versiyası isə daha az hesablama gücünü tələb edir. Bunun sayəsində şirkət daha çox istifadəçi üçün miqyası böyüdə və istifadəçilərdən daha çox geridönüş əldə edə biləcək. Hələ keçən həftə məlumat ortaya çıxmışdı ki, Google şirkət daxilində süni zəka əsaslı bir sıra çat-botu test etməyə başlayıb. Bununla yanaşı Google çat-botlardan bəzilərini müxtəlif məhsullarına və eləcə də axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər