Logo
    main-post-cover

    ChatGPT-nin veb axtarış xüsusiyyəti artıq bütün istifadəçilər üçün təqdim olunmağa başlanıb!

    Süni İntellekt
    17.12.2024
    Aslan

         ChatGPT-nin axtarış sistemi funksiyası bu gündən etibarən bütün istifadəçilərə təqdim olunmağa başlanıb. Süni intellekt köməkçisi Google-a rəqib olur.

         OpenAI əvvəlcə bu funksiyanı oktyabr ayında ödənişli abunəçilər üçün əlçatan etmişdi. Şirkət indi isə bu xidməti hesab yaratmaq və daxil olmaq şərti ilə pulsuz istifadəçilərə də təqdim etməyə başlayıb. Axtarış funksiyası mərhələli şəkildə yaxın aylarda bütün istifadəçilərə təqdim ediləcək. Bundan əlavə, şirkət mobil cihazlar üçün optimallaşdırılmış versiyanı və səs rejimi ilə axtarış etmə imkanı olan yeni funksiyanı da elan edib. Lakin bu xüsusiyyət yalnız ödənişli istifadəçilər üçün əlçatandır.
         Restoranlar və ya yerli turistik məkanlar kimi konkret yerləri axtararkən, ChatGPT sizə axtardığınız məkanla bağlı şəkilləri, qiymətləndirmələri və iş saatlarını göstərən nəticələr siyahısını təqdim edir. Hər hansı bir məkana kliklədikdə, həmin yer haqqında daha ətraflı məlumat əldə edə, həmçinin tətbiq daxilindən yol xəritəsinə daxil ola bilərsiniz. OpenAI axtarış funksiyası üçün aparıcı xəbər və məlumat təminatçıları ilə tərəfdaşlıq etdiyini bildirir. Nəticədə, səhmlər, idman nəticələri və hava proqnozu kimi məlumatlar widget şəklində təqdim olunur. Beləliklə, ChatGPT tam güclü bir Google rəqibi halına gəlir.
    Paylaş