ChatGPT-nin yaradıcısı OpenAI şirkəti insanları süni zəkanın riskləri barəsində xəbərdarlıq edib

ChatGPT-nin yaradıcısı OpenAI şirkəti insanları süni zəkanın riskləri barəsində xəbərdarlıq edib

Süni zəka və Elm
06.03.2023 PAYLAŞIM

    Süni zəka əsaslı ChatGPT çat-botunun və mətn formatında təsvirlər əsasında müxtəlif fotoların yaradılması üçün nəzərdə tutulmuş DALL-E adlı sistemin yaradıcısı olan OpenAI şirkəti maraqlı bir bəyanatı təqdim edib. Şirkət tərəfindən təqdim edilmiş bəyanatın əsas məğzi süni zəka ilə qarşılqılı əlaqə məsələsində ehtiyyatlı və uzaqgörən olmağa çağırışdan ibarətdir. Şirkətin fikrincə müasir süni zəka bütün insanlar üçün ciddi risklərə sahibdir. Şirkətin bəyanatında ümumi süni zəkanın (Artificial General Intelligence  / AGI) potensial üstünlükləri əks olunub. Onların arasında qlobal problemlərin həlli və yoxsulluq ilə mübarizə kimi potensial üstünlüklər var. Lakin AGI həmçinin potensial risklərə də sahibdir.

    Buna misal olaraq, insani dəyərlərə və məqsədlərə uymamağı, bəzi insanların onu pis niyyətlərdə istifadələrini və digər riskləri gətirmək olar. Şirkətin fikrincə tədqiqatçılar, siyasətçilər, bu sahənin lider təmsilçiləri və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla maraqlı olan müxtəlif tərəflər arasında diqqətli planlaşdırma ilə koordinasiyanın təşkili lazımdır. Bundan əlavə olaraq AGI-ya insani dəyərləri və bioloji etikanı əlavə etmək lazımdır. Üstəlik OpenAI süni zəka sistemlərinin hazırlanması məsələsində şəffaflığın və cavabdehliyin təmin edilməsinin tərəfdarıdır. Şirkət həmçinin 3 vacib məsələ üzrə konsiliumun (eyni və ya müxtəlif sahələrdə fəaliyyət göstərən müəyyən sayda alimin iştirakı ilə keçirilən yığıncaq) baş tutmasına ümid edir. Həmin 3 vacib məsələ bunlardır. Ümumi süni zəkanın necə idarə olunması, onun generasiya etdiyi məhsulların sərfəli şəkildə necə paylanması və adi insanların ona girişlərini təmin edən imkanın ədalətli şəkildə necə paylanması.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Süni zəka əsaslı ChatGPT çat-botu öz yaradıcılarından qaçış planını tərtib edib..

Süni zəka əsaslı ChatGPT çat-botu yenidən təəccübləndirməyə davam edir. Görünür, bu dəfə çat-bot öz ..


OpenAI şirkəti süni zəka əsaslı GPT-4 dil modelini qapalı edib

Şirkət rəhbərliyi öz növbəsində bunun səbəbini açıqlayıb.


GPT-4 əsaslı çat-bot müəyyən tapşırığı yerinə yetirmək üçün özünü insan kimi qəl..

Yenicə təqdim edilmiş süni zəka əsaslı GPT-4 dil modelinin tərtibatçıları sözügedən dil modeli əsası..


James Webb kosmik teleskopu supernovaya çevrilmə prosesində olan ulduzun fotosun..

NASA WR 124 adlı ulduzun James Webb kosmik teleskopu tərəfindən çəkilmiş fotosunu sərgiləyib...


Fotoların tərtib edilməsi üçün olan Midjourney neyron şəbəkəsinin yeni versiyası..

Mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsini reallaşdıran ən məşhur neyron şəbəkəl..


Google tibbi suallara daha ətraflı və düzgün cavab verə bilən süni zəka sistemin..

Hər il keçirilən The Check Up adlı tədbir çərçivəsində Google şirkəti səhiyyə sahəsində maraqlı təşə..

×