
ChatGPT Plus istifadəçilərinə GPT-4 Turbo-dan istifadə etmək imkanı təqdim edilib
Süni İntellekt
15.04.2024
Farid
OpenAI şirkəti ödənişli ChatGPT Plus abunəçilərinə GPT-4 Turbo böyük dil modelindən istifadə etmək imkanını təqdim edib. Beləliklə ChatGPT Plus istifadəçiləri artıq GPT-4 Turbo-nun yaxşılaşdırılmış imkanlarından istifadə edə bilərlər. Məlumata əsasən GPT-4 Turbo 6 dəfə daha çox mətni qəbul edir. Bu isə 300 səhifəyə yaxın mətn deməkdir. Bunun sayəsində sistem istifadəçi sorğularına daha qəliz və detallı cavabları təqdim edə bilir. Bununla yanaşı GPT-4 Turbo fotolara təsvirlərin tərtib edilməsi imkanını və mətnin nitqə konvertasiya olunması sorğularının emal edilməsini öyrənib. Üstəlik GPT-4 Turbo 2023-cü ilin dekabr ayına kimi baş vermiş qlobal hadisələr barəsində məlumatlara kimi yenilənib.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
