Logo
    main-post-cover

    ChatGPT PowerPoint-ə gəldi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, OpenAI təqdimat hazırlama prosesini daha da sadələşdirən yeni funksiyasını istifadəyə verib. Artıq istifadəçilər ChatGPT-ni birbaşa Microsoft PowerPoint-ə inteqrasiya edərək süni intellekt vasitəsilə təqdimat slaydları yarada, mövcud təqdimatları redaktə edə və yeniləyə biləcəklər.
    ChatGPT logo shown clearly on a smartphone in the foreground and blurred on a laptop screen in the background
        Yeni funksiya sayəsində istifadəçilər sadəcə mətn şəklində göstəriş verməklə təqdimat hazırlaya biləcəklər. Məsələn, istifadəçi “5 slayddan ibarət süni intellekt mövzusunda təqdimat hazırla” və ya “mövcud təqdimata yeni statistika əlavə et” kimi əmrlər verərək təqdimat üzərində avtomatik dəyişikliklər edə bilər.
        ChatGPT həmçinin Gmail, Outlook və SharePoint kimi qoşulu xidmətlərdən məlumat götürərək təqdimat məzmununu avtomatik formalaşdırmaq imkanına malik olacaq. Bu isə xüsusilə korporativ istifadəçilər üçün hesabat və biznes təqdimatlarının hazırlanmasını sürətləndirə bilər.
        Hazırda PowerPoint inteqrasiyası beta mərhələsindədir. Bununla belə, OpenAI bildirib ki, funksiya artıq əksər istifadəçilər üçün əlçatandır. Buraya həm pulsuz istifadəçilər, həm də ChatGPT Business abunəçiləri daxildir.
    Paylaş