Logo
    main-post-cover

    "ChatGPT su ehtiyatlarını istehlak edir, məhsuldar süni intellektə qarşı tədbirlər görülməlidir"

    Süni İntellekt
    09.12.2024
    Aslan

         Son 2 ildir insanların kütləvi şəkildə məhsuldar süni intellekt robotlarına yönəlməsi ətraf mühitə mənfi təsir edir. Nəhəng çip istehsalı, sərf olunan enerji ilə yanaşı su istehlakı da böyük miqyaslara çatıb.

        Texnologiya şirkətlərinin və istifadəçilərin gələcək yoxmuş kimi məhsuldar süni intellektə yönəlməsi, əlbəttə ki, öz ardınca bir hesab gətirəcəkdi. Çip istehsalının nəhəng miqyaslara çatması, Yaponiyanın istehlakına bərabər enerji istehlakı, tonlarla suyun sərf olunması təbiəti daha sürətlə məhv etməyə başlayıb.
         Süni intellekt sahəsində ən təsirli 100 insan arasında yer alan Avstraliyalı professor Kate Crawford, həftəlik 300 milyon aktiv istifadəçiyə çatan ChatGPT platformasının tək bir axtarış üçün yarım litr su sərf etdiyini bildirir. Crawford qeyd edir ki, süni intellekt sistemləri gizli şəkildə planeti yenidən formalaşdırır və məhv edir. Karbon emissiyasının azaldılması isə həyati əhəmiyyət daşıyır. Tanınmış ekspert vurğulayıb ki, məhsuldar süni intellekt insanlığa fayda verəcək şəkildə dizayn edilsə də, gələcəkdə insanlığın qarşısına çıxaracağı problemlərin də mütləq şəkildə analiz edilməsi və bu problemlərin qarşısını almaq üçün ən qısa zamanda zəruri tədbirlərin görülməsi vacibdir.
    Paylaş