ChatGPT və ona bənzər süni zəka modelləri ekologiyaya ciddi zərər vura bilərlər
Süni İntellekt
11.10.2024
Emil Nəcəfov
Kaliforniya Universitetinin alimləri tərəfindən aparılmış tədqiqat onu göstərib ki, müxtəlif süni zəka modellərinin istifadəsi planetin ekologiyasına ciddi zərər vura bilər. Alimlər təyin ediblər ki, ChatGPT və ona bənzər digər süni zəka modellərinin 10-50 ədəd sorğunu emal etmələri zamanı serverlərin soyudulması üçün 2 litr su lazımdır. Daha öncə isə güman olunurdu ki, bu proses çərçivəsində serverlərin soyudulmasına yarım litr su kifayət edəcək. Microsoft öz növbəsində etiraf edib ki, təchizatın soyudulması üçün daha çox həcmdə su lazımdır.
2023-cü və artıq yavaş-yavaş sona yaxınlaşan 2024-cü il ərzində Microsoft-un istifadə etdiyi su həcmi 22.5%, Google və Meta şirkətlərinin istifadə etdikləri su həcmi isə 17% yüksəlib. Bu statistik məlumatlar yalnız ABŞ regionunu əhatə etsələr də, problem digər ölkələrdəki süni zəka modellərinə də yayılır. Bu problemin həlli hələ məlum deyil. Lakin başa düşmək lazımdır ki, süni zəkadan istifadə hələ ilkin mərhələdədir və ondan istifadə tempi getdikcə artacaq. Süni zəka modellərinin çalışmalarına imkan verən serverlərin soyudulması probleminin həll olmayacağı təqdirdə planeti ciddi ekoloji nəticələr gözləyə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb
Wikipedia-da süni zəka tərəfindən tərtib edilmiş saxta məlumatların sayı artıb
İstifadəçilərin ChatGPT və ona bənzər digər süni zəka sistemlərindən istifadə edərək mənasız və yoxlanılmamış məlumatları tərtib edib onları Wikipedia-da paylaşmaları səbəbilə bu rəqəmsal ensiklopediya sözün əsl mənasında böhran yaşayır.
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə!
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə!
Bu gün artıq süni intellekt və rəqəmsal texnologiyalar müasir həyatın və maliyyə bazarının əsas hərəkətverici qüvvələrindəndir. Bu texnologiyalar bir çox sahədə olduğu kimi maliyyə sektorunda da əməliyyatları səmərəliləşdirməyə, məlumatların təhlilini sürətləndirməyə və müştəri xidmətlərini fərdiləşdirməyə imkan verir.
Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb
Minaların yerlərini təyin edən süni zəka əsaslı sistem hazırlanıb
Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra daha öncə işğal altında olmuş torpaqlarda yerləşdirilmiş mina problemindən əziyyət çəkməkdə davam edir.
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta, Ray-Ban eynəklərilə çəkilmiş fotoların süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib!
Meta-nın verdiyi son açıqlamalara görə, Ray-Ban ilə çəkilmiş bütün foto və videolar süni intellekt modellərini inkişafı üçün istifadə olunacaq.
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta videolar tərtib etməyi bacaran Movie Gen adlı süni zəka sistemini təqdim edib (VİDEO)
Meta şirkəti mətn formatında təsvirlər əsasında videolar tərtib edə bilən süni zəka sistemini təqdim edib. Şirkətin bu yeni süni zəka sistemi Movie Gen adlanır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!