main-post-cover

    ChatGPT xərçəng xəstəliyinin müalicəsində yalnış məlumatlar təqdim edib

    Süni İntellekt
    04.09.2023
    Farid Pardashunas
        Brigham and Women's Hospital-ın tədqiqatçıları aşkar ediblər ki, süni zəka əsaslı ChatGPT çat-botu xərçəng xəstəliyi ilə bağlı terapevtik tədbirlərin tərtib olunmasında yalnış məlumatları təqdim edib və üstəlik doğru məlumatlar ilə səhv məlumatları bir-birinə qarışdırıb. Aparılmış tədqiqat çərçivəsində ChatGPT-dən xərçəng xəstəliyinin müxtəlif halları üçün müalicə planlarının tərtib olunması istənilib. Nəticədə məlum olub ki, çat-bot tərəfindən tərtib edilmiş məlumatların 30%-i yalnışdır.
        Bundan əlavə olaraq proses zamanı çat-bot doğru məlumatlar ilə səhv məlumatları bir-birinə elə şəkildə qarışdırıb ki, alınmış məlumatlar toplusu daxilində hansı məlumatın doğru hansının isə səhv olduğunu təyin etmək çox çətin olub. Çat-bota göndərilmiş 104 sorğu üçün tərtib edilmiş cavabların 98%-də Milli Onkoloji Şəbəkənin standartlarına cavab verən minimum bir ədəd müalicə məsləhəti əks olunub.
        Bu səbəbdən də çat-bot tərəfindən tərtib edilmiş məlumatlarda səhvlərin axtarılmasında hətta mütəxəssislər də çətinlik çəkiblər. Təqdim edilmiş müalicə məsləhətlərinin yoxlanılması isə onların həkimlər tərəfindən tərtib edilməsinə sərf edilən zamandan daha çoxunu tələb edib. Bununla belə süni zəkanın səhiyyə sahəsinə inteqrasiyası administrativ tapşırıqların yerinə yetirilməsi prosesinin sadələşdirilməsi üçün faydalı ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər