Logo
    main-post-cover

    ChatGPT xəstəlik diaqnozunda həkimlərə meydan oxuyur!

    Süni İntellekt
    19.11.2024
    Farid

         Bu yaxınlarda aparılan təcrübə ChatGPT AI botunun xəstəliklərin diaqnostikasında həkimləri qabaqladığını ortaya qoyub.

         Süni intellektin səhiyyə sahəsindəki performansını müşahidə etmək üçün qısa müddət əvvəl bir tədqiqat aparılıb. Ortaya çıxan nəticələr isə olduqca təəccüblü olub. Təcrübə nəticəsində, ChatGPT-dən istifadə edən həkimlərin, istifadə etməyən həkimlərə nisbətən bir qədər daha yaxşı nəticə göstərdiyi müşahidə edilib. Lakin burada əsas məqam odur ki, süni intellekt vasitəsi təkbaşına xəstəlik diaqnozunda bütün həkimlərdən daha yüksək bal toplayıb.
         Boston şəhərindəki Beth Israel Deaconess Tibb Mərkəzində daxili xəstəliklər üzrə mütəxəssis Dr. Adam Rodman nəticələr qarşısında təəccübünü gizlədə bilməyib və açıqlamasında “şoka düşdüm” ifadəsini işlədib. Məsələni bir qədər də aydınlaşdırsaq, ChatGPT müəyyən meyarlar çərçivəsində təkbaşına xəstəlik diaqnozu qoymaqda 90 bal toplamağı bacarıb. Bununla yanaşı, süni intellekt vasitəsindən istifadə edən həkimlər 76 bal, heç bir vasitə istifadə etməyənlər isə orta hesabla 74 bal toplayıblar.
         Yuxarıda da qeyd olunduğu kimi, nəticələrə heyrətlənən Dr. Adam Rodman məlumatları daha dərindən təhlil etmək üçün süni intellektdən istifadə edən həkimlərin ChatGPT ilə apardıqları dialoqları nəzərdən keçirib. Bu zaman isə müşahidə olunub ki, süni intellekt diaqnoz üçün konkret detallar təqdim etsə də, həkimlər bu detallara inanmayıblar və nəticədə öz fikirlərinə sadiq qalaraq rəy bildiriblər. Dr. Adam Rodman mövzu ilə bağlı fikirlərini belə ifadə edib: “Süni intellekt onların razılaşmadığı bir şeyi söyləyəndə, təəssüf ki, həkimlər onu dinləmədilər”.
    Paylaş
    Bənzər xəbərlər
    google-un-suni-intellekti-gemini-bir-istifadeciye-olum-mesaji-gonderib
    Süni İntellekt

    Google-un süni intellekti Gemini bir istifadəçiyə ölüm mesajı göndərib!

    Bir istifadəçi, yaşlandıqda qarşılaşacağı çətinliklər və həll yolları üçün Google-un süni intellekt köməkçisinə müraciət edib. Ancaq o, Gemini-dən gözləmədiyi bir cavabı alıb: Xahiş edirəm, öl!
    tiktok-un-sahibi-bytedance-fotolarin-tertibati-ve-redaktesi-ucun-suni-zeka-sistemini-istifadeye-verib
    Süni İntellekt

    TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib

    TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir.
    openai-gundelik-rutin-isleri-gorecek-suni-zeka-uzerinde-calisir
    Süni İntellekt

    OpenAI gündəlik rutin işləri görəcək süni zəka üzərində çalışır

    Bloomberg saytının öz insayderlərinə istinadən vermiş olduğu məlumata əsasən OpenAI şirkəti öz yeni məhsulunu hazırlayır. Söhbət, ChatGPT-nin yeni versiyasından getmir.
    chatgpt-nin-windows-versiyasi-cat-botun-pulsuz-istifadecileri-ucun-de-aktiv-olub
    Proqram Təminatı

    ChatGPT-nin Windows versiyası çat-botun pulsuz istifadəçiləri üçün də aktiv olub

    OpenAI şirkəti keçən ay ChatGPT tətbiqinin Windows üçün nəzərdə tutulmuş versiyasını istifadəyə verdi. Lakin ondan ödənişli ChatGPT Plus, Enterprise, Team və Edu tariflərinin abunəçiləri istifadə edə bilərdilər.
    nasa-kosmosa-aid-suallari-cavablandiracaq-suni-intellekt-destekli-catbotunu-teqdim-edib
    Süni İntellekt

    NASA kosmosa aid sualları cavablandıracaq süni intellekt dəstəkli söhbət botunu təqdim edib!

    NASA, Microsoft ilə əməkdaşlıqda hazırladığı süni intellekt dəstəkli söhbət botu Earth Copilot-u təqdim edib. Görünür, bu söhbət botu kosmosa marağı olanlar üçün əvəzolunmaz olacaq.