Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək

Çin 2024-cü ilə qədər daimi Ay bazası üçün hazırlıqlara start verəcək

Süni zəka və Elm
09.03.2022 PAYLAŞIM

    Kütləvi informasiya vasitələri Çinin kosmik sahə üzrə təmsilçilərinə istinadən xəbər veriblər ki, gələcəkdə Ayda reallaşdırılacaq baza üçün hazırlıqlara 2024-cü ilə qədər start veriləcək. Həmin vaxta kimi Çinin “Chang’e” adlı kosmik proqramının növbəti mərhələsi başlamalıdır. Qeyd etmək lazımdır ki, bu kosmik proqram çərçivəsində Ayın Cənub qütbündə 3 ədəd avtonom stansiya quraşdırılmalıdır. Quraşdırılacaq stansiyalar faydalı resursların və o cümlədən suyun axtarışı ilə məşğul olacaqlar. Su olmadan Ayda bazanın yaradılması haqqında danışmaq mənasızdır. Bu ilin yanvar ayında Çinin Chang’e 5 adlı aparatı eniş zonasındakı Ay süxurlarının tərkibində su aşkar etmişdi. Söhbət, 1 ton həcmində Ay süxurunda 120-180 qramm sudan gedir. Ayda insanların daimi mövcud olmaları istiqamətində nəzərdə tutulmuş bazanın yaradılması üçün bu çox azdır. Buna gör də ABŞ və Çin bazanın Ayın Cənub qütbündə yaradılması ideyasını aktiv şəkildə nəzərdən keçirdirlər.

    Belə ki, Ayın Cənub qütbündəki kraterlərin dərinliklərində su buz halında mövcud ola bilər. Bundan əlavə olaraq bazanı elektrik enerjisi ilə təmin etmək üçün sözügedən zonada yetəri qədər Günəş enerjisi toplamaq olar. İlkin planlara əsasən Chang’e 6 aparatı nisbətən düz ərazidə eniş edəcək. Bu avtonom stansiya təqribi olaraq 2 ildən sonra Aya yollanacaq. O, Ayın Cənub qütbü zonasına eniş edəcək. Beləliklə eniş edəndən sonra o, güman olunan Ay bazası yerində faydalı resurslar ilə suyun axtarılması üzrə Ay süxurları nümunələrini yığacaq. Chang’e 6-dan sonra həmin ərazilərə daha 2 ədəd avtonom stansiya göndəriləcək. Bütün bu layihələrin əsas məqsədləri elmi tədqiqat, Ay resurslarının axtarılması və onların istifadəsidir.


    Əks halda orda baza yaratmağın bir mənası qalmayacaq. Chang’e 7 stansiyası həmçinin pilotsuz uçuş aparatına sahib olacaq. Həmin aparat Ay kraterlərinin 10 km dərinlikdə araşdırılması üçün nəzərdə tutulacaq. Ümumilikdə isə Chang’e 7-nin əsas məqsədi kraterlərdə suyun axtarışı olacaq. Chang’e 8 stansiyası isə Ay resursları ilə yerindəcə təcrübələrin aparılması üçün nəzərdə tutulacaq baza rolunda çıxış edəcək. Həmin missiya çərçivəsində Ay resurslarından istifadə üzrə bir çox texnologiya test olunacaq. “Chang’e” proqramı güman edir ki, Ayda yekun bazanın inşa edilməsinə hazırlıqlara 2030-cu ilə qədər start götürəcək. Astronavtların həmin bazaya 2035-ci ilə qədər yollanacaqları planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..


Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanm..

Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq..


Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?..

Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilmə..


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.

×