Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Süni zəka və Elm
10.05.2021 PAYLAŞIM

    Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əsasən Çində parnik qazlarının emissiyası son 30 ildə 3 dəfə artıb və qlobal CO2 ifrazının 27%-ni təşkil edir. İkinci yerdə ABŞ qərarlaşıb. Onun ifraz etdiyi parnik qazlarının həcmi 11% təşkil edir. Üçüncü yeri isə 6.6%-lik göstərici ilə Hindistan tutub. Avropa Birliyinə daxil olan 28 ölkə ümumilikdə 6.4% antropogen tullantıları ifraz edir. Başqa sözlə desək, Çin ABŞ-ın, Avropa Birliyinə daxil olan 28 ölkənin, Hindistanın və İndoneziyanın ifraz etdikləri ümumi parnik qazı qədər antropogen tullantılarını tək başına ifraz edir.

    Çinin yüksək sürətlə böyüyən iqtisadiyyatı Yer kürəsinin atmosferinə ifraz edilən zərərli maddələrin yüksəlməsinə gətirib çıxardıb. 1990-cı ildən inkişaf edən ölkələrdə parnik qazlarının emissiyası təqribi olaraq eyni səviyyədə qaldıqları bir vaxtda Çində bu göstərici 3 dəfə böyüyüb. Beləliklə Çində yaşayan hər bir sakinə 10.1 ton parnik qazı düşür. Bununla belə hər bir vətəndaşın üzərinə düşən emissiya göstəricisi üzrə liderliyi ABŞ qoruyur. Belə ki, hər bir amerikalının üzərinə 17.6 ton parnik qazı düşür. ABŞ-ın yeni prezidenti Joe Biden 2030-cu ilə kimi bu göstəricini 50% aşağı salmağa söz verib.


Lakin pandemiyadan sonra Çin iqtisadiyyatının yüksək sürətlə bərpa olması onu göstərir ki, yaxın zamanda hər bir çinlinin üzərinə düşən parnik qazı payının göstəricisi artacaq.

    2018-ci ildə Çin hökuməti kömür əsaslı elektrostansiyaların inşasını qadağan etmişdi. Bundan əlavə olaraq ölkədə yeni günəş və külək enerjisi əsaslı elektrostansiyaların inşası davam edir. Bütün bunlara baxmayaraq təbii yanacaq növləri istehsalat və nəqliyyat üçün olan əsas enerji mənbəyi qismində çıxış edirlər. Çinin elektrik şəbəkəsi bütün dünyada yandırılan kömürün yarısını istehlak edir. Çin hökumətinin sözlərinə əsasən o, bu qədər miqdarda təbii yanacağın yandırılması hüququna sahibdir.

    Belə ki, inkişafda olan ölkələr son 100 ildə məhz bu cür davranıblar. Bu isə həqiqəti əks etdirir. Belə ki, 1750-ci ildən inkişafda olmuş ölkələr Yer kürəsinin atmosferinə 1000 giqaton parnik qazı ifraz ediblər. Lakin Çinin sürətlə inkişaf etməsi ölkəni ən böyük antropogen tullantıları ifraz edən təmsilçiyə çevirib. 2019-cu ildə Çinin CO2 emissiyası 52 meqaton təşkil etmişdi. 1750-ci ildən isə Çin ümumilikdə 200 giqaton antropogen tullantı ifraz edib. İqlim üzrə Paris saazişinə əsasən Çin 2060-cı ilə kimi karbon neytrallığını əldə etməlidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı mə..


Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı hey..


İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə edib..


Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıb..

Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şə..


NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiy..

NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. ..

×