Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Süni zəka və Elm
17.05.2021 PAYLAŞIM

    Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəkildə planetin səthinə eniş edə bilib. Təəssüflər olsun ki, Çinin Kosmik Agentliyi eniş prosesini əks etdirən foto və ya videonu hələ təqdim etməyib. Kosmik aparat 1976-cı ildə NASA-nın Viking-2 eniş modulunun endiyi əraziyə yaxın məsafədə eniş edib. Məlum olan odur ki, enişdən sonra Tianwen-1 eniş modulu açılacaq və Zhurong adlı 6 təkərli aparat işə düşəcək. Zhurong adlı sözügedən aparat günəş panelləri, kameralar, çoxlu sayda ötürücü və sensor ilə təchiz olunub. Bütün bunlar ona Marsın iqlimi ilə geoloji özəlliklərini incələməkdə yardımçı olacaqlar. Beləliklə Çinin Kosmik Agentliyi (CNSA) NASA-dan sonra Mars səthinə uğurla aparat enişini reallaşdırmış ikinci kosmik agentlik oldu.

Kosmik aparatın Mars səthinə enişinin kompüter modelləşdirilməsi:


Tianwen-1

Zhurong adlı aparat:

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı mə..


Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı hey..


İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə edib..


Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıb..

Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şə..


NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiy..

NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. ..

×