Çin Marsa süxur nümunələrinin yığılması üçün uçuş aparatını və 6 ayaqlı robotu göndərəcək

Çin Marsa süxur nümunələrinin yığılması üçün uçuş aparatını və 6 ayaqlı robotu göndərəcək

Süni zəka və Elm
03.05.2023 PAYLAŞIM

    2028-2030-cu illərdə Çin Marsa Tianwen-3” adlı kosmik missiyanı reallaşdırmağı planlaşdırır. Sözügedən missiyanın əsas məqsədi isə Marsdakı süxur nümunələrinin yığılaraq onların Yer kürəsinə geri qaytarılmasındadır. Çin 2 mərhələ çərçivəsində Marsa bir neçə aparat göndərmək niyyətindədir. Aparatların göndərilməsi üçün isə Long March 5 raketindən istifadə ediləcək. Long March 5 vasitəsilə Marsa eniş modulu və uçuş aparatı göndəriləcək.

    Uçuş aparatı NASA-nın artıq Marsda fəaliyyət göstərən Ingenuity adlı uçuş aparatına bənzəyəcək. Orbital modul ilə kosmik gəmi isə Marsın orbitində qalacaqlar. Mars səthində fəaliyyət göstərəcək 6 ayaqlı robot öz növbəsində 2 metr dərinlikdə yerləşən süxur nümunələrini yığacaq. Bu işdə ona pilotsuz uçuş aparatı köməklik edəcək. Çin 500 qrammm həcmində süxur nümunəsi əldə edərək onu kosmik gəmiyə göndərmək istəyir. Bu proses çərçivəsində orbital modul yığılmış süxur nümunələrini kosmik aparata istiqamətləndirəcək.


    Kosmik aparat isə öz növbəsində onları Yer kürəsinə çatdıracaq. “Tianwen-3” missiyasının 2028-ci ildən 2030-cu ilə kimi keçirilməsi planlaşdırılır. NASA ilə ESA (Avropa Kosmik Agentliyi) Mars səthində süxur nümunələrinin yığılması ilə məşğul olan Perseverance aparatının daxilindəki həmin nümunələri Yer kürəsinə 2033-cü ildə geri qaytarmağı planlaşdırırlar. Əgər Çin planlaşdırılan missiyanı 2028-ci ildə işə salsa və əgər hər şey yolunda getsə, o, Marsdakı süxur nümunələrini Yer kürəsinə artıq 2031-ci ildə geri qaytara biləcək.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×