Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Süni zəka və Elm
30.11.2022 PAYLAŞIM

    Çin Ayın incələnməsi və kəşfiyyatı mövzusunda ABŞ-dan geri qalmaq niyyətində deyil. Buna görə də o, elan edib ki, 2028-ci ilə imi Ayda ilk bazasını inşa etməyi planlaşdırır. Bununla belə məlumatda qeyd edilib ki, bazanın inşası ilk çinli astronavtların Ay səthinə ayaq basacaqları vaxtdan bir neçə il əvvəl yekunlaşdırılacaq. Verilmiş məlumata əsasən Çinin Aydakı bazası böyük ehtimal ilə nüvə reaktoru hesabına enerji ilə təmin olunacaq. Çinin Aydakı bazasının final versiyası eniş modulundan, bunkerdən, orbital moduldan və Ay səthi üçün nəzərdə tutulmuş aparatdan (rover) təşkil olunacaq.

    Bütün bunlar altıncı, yeddinci və səkkizinci Chang’e missiyası çərçivəsində ya yerindəcə inşa ediləcək ya da artıq hazır vəziyyətdə Aya çatdırılacaq. “Çox güman ki, bizim astronavtlarımız yaxın 10 il ərzində Aya yollana biləcəklər” - deyə Wu Weiran qeyd edib. Wu Weiran Çinin Ay kəşfiyyatı üzrə proqramının baş konstruktorudur. Son illərdə Çin müxtəlif kosmik layihələri reallaşdırmaqla məşğuldur.


    Hələ bir neçə müddət bundan öncə məlum oldu ki, Çin yaxın gələcəkdə kosmik Günəş elektrostansiyasını inşa etməyi planlaşdırır. Həmin elektrostansiya vasitəsilə Yer kürəsi sakinlərini elektrik enerjisi ilə təmin etmək planlaşdırılır. Yaxın illər üçün isə Ayın incələnməsi mövzusunda ABŞ-ın əsas rəqibi məhz Çindir. Qeyd etmək lazımdır ki, NASA artıq bu onilliyin sonuna kimi öz astronavtlarını yenidən Aya göndərmək niyyətindədir. 2019-cu ildə Çin Ayın qaranlıq tərəfinə ilk tədqiqat aparatını endirmiş ölkə olmuşdu.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Rusiyalı tələbə ChatGPT vasitəsilə diplom işi yazaraq onu uğurla müdafiə edib..

Moskvadan olan Aleksandr Jadan adlı tələbə OpenAI şirkəti tərəfindən hazırlanmış süni zəka əsaslı Ch..


OpenAI ChatGPT tərəfindən tərtib edilən mətnləri təyin edə biləcək sistem üzərin..

Olduqca qəliz mətnlər tərtib etməyi bacaran süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı OpenAI ş..


Google ChatGPT-nın potensial rəqibi ola biləcək süni zəka əsaslı yeni çat-botunu..

Verilmiş məlumata əsasən Google şirkəti süni zəka əsaslı yeni çat-botlarını test edir.


Amerikalı konqresmen öz çıxışı zamanı ChatGPT tərəfindən tərtib edilmiş mətndən ..

Keçən həftə konqresmen Jake Auchincloss ABŞ Nümayəndələr Palatasında çıxış edib.


Google mətnli təsvir əsasında istənilən janrda musiqi tərtib edən süni zəka əsas..

Google şirkəti süni zəka əsaslı MusicLM adlı alqoritmini təqdim edib. Sözügedən alqoritm istənilən j..

×