main-post-cover

    Çin şirkətləri aktiv şəkildə özlərinin ChatGPT analoqlarını yaratmağa başlayıblar

    Süni İntellekt
    14.02.2023
    Farid Pardashunas
        Çində elektron kommersiya sahəsinin ən böyük şirkətlərindən biri olan JD.com süni zəka əsaslı ChatGPT çat-botunun alternativini yaratmağı planlaşdırır. Beləliklə JD.com son zamanlarda OpenAI şirkətinin böyük məşhurluq qazanmış ChatGPT çat-botu ilə rəqabət apara biləcək alternativ texnologiyaların yaradılmasını elan etmiş Çin şirkətlərinin siyahısına daxil olub. Məlumatda qeyd edilib ki, JD.com tərəfindən ChatGPT-nin hazırlanan alternativi ChatJD adlanacaq. Söhbət, pərakəndə satış və maliyyə ilə bağlı tapşırıqların öhdəsindən gələ biləcək çat-botdan gedir.
        Bu cür çat-bot həm lazımi kontentləri tərtib edə həm də insanlarla dialoqu dəstəkləyə biləcək. JD.com şirkətinin verdiyi məlumata əsasən onun süni zəka əsaslı ChatJD adlı çat-botu ticarət platformalarında olan məhsulların təsvirlərini tərtib edə və maliyyə göstəricilərini analiz edən biləcək. Şirkət öz çat-botunu elektron kommersiya, logistika və ödənişlər sahəsində istifadə etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, OpenAI şirkətinin ChatGPT çat-botu eynilə insanların suallarına cavab verməklə yanaşı onların təqdim etdikləri mətn formatında qısa təsvirlər əsasında müxtəlif kontentlər tərtib edə bilir.
        Microsoft öz növbəsində OpenAI şirkətinin və ümumilikdə ChatGPT layihəsinin ən böyük dəstəkçisidir. Keçən həftə şirkət ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan funksiyaları əldə etmiş yeni Bing axtarış sistemini və Edge brauzerini sərgiləmişdi. ChatGPT-nin yüksək sürətlə insanlar arasında məşhurlaşması öz növbəsində bütün dünyada iT şirkətlərin aternativ variantlar hazırlamağa başlamalarına səbəb oldu. Məsələn, Google şirkəti Bard adlı çat-botunu anons edib. Alibaba isə ChatGPT-nin alternativi üzərində çalışdığını elan edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər