Logo
    main-post-cover

    Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib

    Süni İntellekt
    31.01.2024
    Emil
         Verilmiş məlumata əsasən Çinin tənzimləyici orqanları son 6 ay ərzində ictimai istifadə üçün nəzərdə tutulmuş 40 ədəd süni zəka modelinin işə salınmasına icazə veriblər. Bu, keçən ilin avqust ayında Pekinin yerli texnoloji şirkətlərdən süni zəka modellərinin işə salınması istiqamətində icazənin əldə edilməsini tələb etməyə başlamasından sonra baş verdi. Çinin Securities Times adlı dövlət qəzeti bildirib ki, Çinin tənzimləyici orqanları keçən həftə 14 ədəd böyük dil modelinin istifadəsi üçün lisenziyanı təqdim ediblər.
         Lisenziyanı əldə etmiş şirkətlər arasında Xiaomi, 4Paradigm01.AI. adlı şirkətlər mövcuddur. Bu, keçən ilin avqust ayından indiyənə kimi olmuş dördüncü icazə sessiyasıdır. Daha öncə icazə lisenziyasını Çinin Baidu, AlibabaByteDance kimi böyük texnoloji şirkətləri əldə etmişdilər. Bu şirkətlər icazə lisenziyasını əldə etmiş ilk şirkətlərdən idilər. Bəzi məlumatlara əsasən dünyada olan bütün dil modellərinin 130-u məhz Çindədir. Bu isə bütün dil modellərinin 40%-ni təşkil edir. ABŞ-da isə bu göstərici 50% təşkil edir.
    Paylaş