Reklam
Çin Yer kürəsi üçün təhlükəli asteroidlərin təyini və məhv edilmə sistemini yaradacaq

Çin Yer kürəsi üçün təhlükəli asteroidlərin təyini və məhv edilmə sistemini yaradacaq

Süni zəka və Elm
25.04.2022 PAYLAŞIM

    Çin Yer kürəsini asteroidlərlə toqquşma təhlükəsindən qorumaq üçün yaxın illərdə xüsusi sistem hazırlamağı planlaşdırır. Bu barədə məlumatı Çin Milli Kosmik İdarəsinin (CNSA) rəhbəri Wu Yanhua verib. Onun sözlərinə əsasən CNSA Yer kürəsi üçün təhlükə mənbəyi olan asteoridlərin monitorinqi üçün nəzərdə tutulmuş sistemi 2025-2026-cı illərdə test etməyə çalışacaq. Həmin sistem öz növbəsində asteroidə zərbə endirmək imkanını təqdim edəcək. Zərbə nəticəsində isə bu və ya digər asteroidin trayektoriyasının dəyişəcəyi güman edilir.

    Wu Yanhua-nın sözlərinə əsasən bu layihə çərçivəsində təhlükəli asteoridlərin monitorinqi və onlar barəsində məlumatların verilməsi istiqamətində yerüstü və kosmik sistemin yaradılması planlaşdırılır. Bundan əlavə olaraq çinli mütəxəssislər təhlükəli kosmik obyektlərlə toqquşmaların qarşısını alacaq texnologiyaların inkişaf etdirilməsi məqsədini də reallaşdıracaqlar. NASA-nın məlumatlarına əsasən Günəş sistemində təyin edilmiş 1.11 milyon ədəd asteroid mövcuddur. Lakin əslində onların sayları daha çoxdur.


    Asteroid ilə toqquşma ən ciddi təbii fəlakətlərdən biridir. Belə ki, asteroid ilə toqquşma nəticəsində olan məhvolma səviyyəsi istənilən digər fəlakət nəticəsində baş verən məhvolma səviyyəsindən daha yüksəkdir. Asteroid ilə toqquşma nəticəsində ola biləcək zərərin səviyyəsi bir sıra faktordan asılıdır. Həmin faktorlardan ən əsasları arasında isə asteroidin sahib olduğu ölçüdür. NASA mütəxəssislərinin fikirlərinə əsasən Yer kürəsi üçün real təhlükə mənbəyi kimi 140 metr və ondan daha böyük ölçülərə sahib asteroidlər çıxış edirlər. Lakin buna baxmayaraq hətta kiçik ölçülü asteroidlər də ciddi problemlərə səbəb ola bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×