
Çinin Aydakı avtonom stansiyası Ay torpağından oksigen əldə edə bilib
Süni İntellekt
20.10.2021
Emil
“Chang’e 5” missiyası çərçivəsində Çinin planetlərarası avtomatik stansiyası Ay torpağından oksigen əldə edə bilib. Çinin kosmik sahəsinin təmsilçiləri tərəfindən verilmiş məlumata əsasən onlar bu məsələ ilə bağlı təcrübəni avtomatik stansiyanın tərkibində olan kiçik reaktorda reallaşdırıblar. Həmin reaktorun daxilində isə temperatur 2500 dərəcə Selsiyə çatdırılıb. Ay torpağı dəmir-titan və dəmir oksidlərindən ibarətdir.
Lazımi dərəcəyə kimi qızdırıldıqları halda həmin oksidlər oksigen və oksidlərlə yanaşı olan metalları ifraz edə bilirlər. Nəticədə ikiqat sərfəli proses yaranır. Həm kosmonavtların nəfəs almaları üçün oksigen həm də faydalı istifadə üçün xammal əldə olunur. Məlumatda qeyd edilib ki, 100 kq Ay torpağından 30 kq oksigen əldə olunur. Bu prosesi lazımi səviyyəyə çatdırmaq mümkün olsa, o, Çin ilə Rusiyanın gələcəkdəki Ay proqramlarının təməllərini təşkil edəcək. Qeyd etmək lazımdır ki, hər iki ölkə 2035-ci ilə kimi Ayda birgə elmi bazanın yaradılması üçün razılığa gəlib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
