Reklam
Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Süni zəka və Elm
11.01.2022 PAYLAŞIM

    Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Chang’e-5 adlı Ay aparatının eniş nöqtəsində aparatın mineroloji spektrometri vasitəsilə əldə edilmiş fotoları və spektral məlumatları analiz ediblər. Nəticədə alimlər təyin ediblər ki, aparatın eniş nöqtəsindəki reqolitin (Ayın qırıntılardan ibarət olan ən üst səth qatı) tərkibində 1 ton torpaq və süxurun payına düşən 120-180 qramm su mövcuddur. Bu göstərici isə Yer kürəsində olan göstəricidən daha aşağıdır. Tədqiqat çərçivəsində alimlər təkcə fotoları deyil həmçinin aparatın konstruksiyasında olan spektrometr vasitəsilə reqolitin və süxurun spektral əks etdirmə özəlliyinin məlumatlarını da analiz ediblər.


    Mövcud olan su səviyyəsini su molekullarının işığı necə udduqları əsasında təyin etmək mümkündür. Lakin bu üsul o qədər də dəqiq nəticə vermir. Belə ki, Ay səthindən ifraz olunan istilik əldə edilən məlumatlara təsir göstərir. Çinli alimlər bu təsiri istilik korreksiya modelinin istifadəsi vasitəsilə kompensasiya ediblər. Əldə edilmiş məlumatlar Ay torpağında 120 qramm, yüngül qabarıq süxurda isə 180 qramm suyun olduğunu göstəriblər. Tədqiqatçıların fikirlərinə əsasən suyun əsas mənbəyi Günəş küləyidir.

    Bununla belə süxurun tərkibində olan yüksək səviyyəli nəmişlik Ay səthinin altında yerləşən bilinməyən mənbə ilə əlaqələndirilir. Qeyd etmək lazımdır ki, Chang’e-5 missiyası 2020-ci ildə başa çatmışdı. Missiyanın sonunda aparat 1731 qramm Ay süxuru nümunəsi götürərək onu Yer kürəsinə uğurla çatdırmışdı. Ayda suyun mövcud olması üzrə sübutlar daha əvvəllər də əldə edilib. Lakin həmin sübutlar Ay süxurlarının araşdırılması və orbital aparatların müşahidələri vasitəsilə əldə edilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


James Webb teleskopu kainatın ən qədim qalaktikası statusunu əldə edə biləcək ye..

Alimlər iyul ayının birinci yarısında öz elmi fəaliyyətinə start vermiş James Webb teleskopundan gəl..


James Webb teleskopu 28 milyard işıq ili uzaqlığında yerləşən ulduzu öz yeni fot..

James Webb kosmik teleskopu keçən ay ilk kosmik fotolarını göndərdiyi andan aktiv şəkildə çalışmağa ..


James Webb teleskopu 500 milyon işıq ili uzaqlığında yerləşən qalaktikanın fotos..

James Webb kosmik teleskopu Yer kürəsindən 500 milyon işıq ili uzaqlığında yerləşən ESO 350-40 adlı ..


Alimlər 12 milyard il yaşa sahib qaranlıq materiya aşkar ediblər

Yapon alimlər yeni tədqiqat çərçivəsində kainatda ən geniş yayılmış maddə olan sirli qaranlıq materi..


Tarixdə dördüncü pasient İİV-dən (İnsanın İmmunçatışmazlığı Virusu) xilas ola bi..

Tarixdə dördüncü şəxs İİV-dən xilas ola bilib. Kaliforniyadakı müalicə mərkəzinin şərəfinə “City of ..


James Webb teleskopu spiral formasında olan qalaktikanın detallı fotosunu çəkib..

James Webb kosmik teleskopu spiral formasında olan NGC 628 (digər adı Messier 74) adlı qalaktikanın ..

×