Çinin Marsa göndərdiyi Tianwen-1 aparatı kosmosun qaranlıq fonunda öz fotosunu çəkib
Süni İntellekt
03.10.2020
Emil Nəcəfov
Bu ilin yay fəslində Çinin kosmik agentliyi CNSA (China National Space Administration) Mars planetinə ölkə tarixində ilk olan Tianwen-1 adlı kosmik aparat missiyasını göndərmişdi. Həmin kosmik aparat gələn ilin fevral ayında qırmızı planetə çatmalıdır. Marsa olan yolu ərzində isə kosmik aparat sonsuz qaranlığın fonunda öz şəklini çəkərək onu Yer kürəsinə göndərib. Bu barədə Cnet saytı xəbər verib. Məlumatda qeyd edilib ki, kosmik aparat Yer kürəsindən 24 milyon kilometr uzaqlıqda yerləşir. Təqdim olunmuş fotoda qızılı rəngdə olan orbital aparatı, gümüşü rəngdə olan eniş modulunu və Çinin bayrağını görmək olar.
Kosmik aparatdan uzaqlaşan kamera:
Öz fotosunu çəkmək üçün kosmik aparat böyük olmayan genişbucaqlı kameranı özündən ayıraraq kosmosa buraxıb. Aparatdan ayrılan andan sonra sözügedən kamera hər saniyə ərzində kadr çəkərək onları kosmik aparata, kosmik aparat isə öz növbəsində Yer kürəsinə göndərib. Qeyd etmək lazımdır ki, Tianwen-1 3 kosmik aparatdan ibarətdir: Eniş modulu, orbital aparat və Mars səthi üçün nəzərdə tutulmuş xüsusi aparat (rover). Kosmik aparat Mars planetinə gələn ilin fevral ayında çatmalıdır. May ayında isə planetin səthinə eniş reallaşdırılmalıdır. Layihənin əsas məqsədi isə qırmızı planetin müşahidə olunmasıdır.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!