Çinin Tianwen-1 adlı aparatı Mars planetinin orbitinə çatıb

Çinin Tianwen-1 adlı aparatı Mars planetinin orbitinə çatıb

Süni zəka və Elm
11.02.2021 PAYLAŞIM

    Çinin aerokosmik elmlər və texnikalar üzrə korporasiyası NASA agentliyinin məlumatlarına istinad etmədən keçən ilin yay fəslində Mars səthinin incələnməsi üçün qırmızı planetə xüsusi aparat göndərmişdi. Məlum olub ki, eniş platformasında yerləşən Mars aparatı və orbital uçuş aparatı Long March-5B raketi sayəsində artıq Mars planetinə çatıblar. 7 aylıq uçuşdan sonra kosmik aparat Mars planetinin orbitinə yaxınlaşıb.

    240 kq ağırlığında olan Mars aparatının eniş prosesinin may ayında baş tutacağı gözlənilir. Növbəti mərhələdə isə 90 Mars sutkası ərzində 5 ton ağırlığında olan orbital uçuş aparatı vasitəsilə Yer kürəsinə müşahidə məlumatları göndəriləcək. Müşahidə çərçivəsində Mars kartoqrafiyası, planetin iqlimi, elektromaqnit və qravitasiya sahələri barəsində məlumatların Yer kürəsinə göndərilməsi planlaşdırılır.


    Məlumata əsasən eniş modulunun planet səthinə endirilməsi missiyanın ən qəliz prosesi olacaq. Bu mərhələdə təhlükəsizlik kapsulu Mars aparatının yerləşdiyi platformanı planetin səthinə çatdırmalı olacaq. Atmosferə daxil olma zamanı kapsul 1000 dərəcədən yuxarı temperaturda qızacaq. Qeyd etmək lazımdır ki, 1 gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin də orbital uçuş aparatı Mars orbitinə yaxınlaşmışdı. Beləliklə Çin, təchizatı Marsa çatmış 6-cı ölkə hesab olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək..

NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata ..


Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bil..


İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq..

Əhalini balıqçılıq sayəsində qida ilə təmin edən ölkələrdə iqlim dəyşiklikləri balıqların saylarının..


Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri b..


NASA-nın Curiosity Mars aparatı potensial həyat növünə yaxın ola bilər

NASA agentliyi Mars planetində metan qazı ifrazının baş verdiyi 4 mənbəni təyin edib və yaxın zamand..


Saturnun peykində aşkar edilmiş metan qazı alimlərdə çoxlu sayda suallar yaradıb..

Alimlər Saturn planetinin peyki olan Enkeladda böyük həcmdə olan metan qazının səbəblərini araşdırma..

×