main-post-cover

    Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə edib

    Süni İntellekt
    17.10.2021
    Emil Nəcəfov
        Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radioşüalanmalar mənbəyi barəsində maraqlı məlumatlar əldə edib. Daha öncə bu cür sürətli radioşüalanmaların mənbələrinə aid ehtimallar arasında yadplanetli sivilizasiyalar və hətta Sim nəzəriyyəsi var idi. Lakin indi bir çoxlarının fikirlərinə əsasən sürətli radiosiqnalların mənbəyi güclü maqnit sahəsinə sahib neytron ulduzudur. Bu cür ulduzlara başqa cür maqnetar da deyirlər. Sürətli radioşüalanmalar adətən tək və nadir hallarda təkrarlanan hadisələrdir.
        Lakin FRB121102 adlı obyekt 2012-ci ildə aşkar ediləndən təkrarlanmış yüzlərlə radioşüalanma ilə müşayiət edilib. Təkrarlanmış hər bir radioşüalanma isə milyardlarla ulduzun parıldaması səviyyəsində (yalnız radio diapazonunda) yüksək enerjiyə sahib olub. FRB121102 adlı obyekt üzərində olan müşahidələri əhatə edən yeni məlumatlara əsasən 9 avqust 2019-cu il tarixindən 29 oktyabr 2019-cu il tarixinə kimi alimlər 47 gün ərzində rekord sayda təkrarlanmış radioşüalanmalar müşahidə ediblər.
        Söhbət, 1652 dəfə təkrarlanmış radioşüalanmalardan gedir. İndiyənə kimi alimlər bu sayda radioşüalanma müşahidə etməyiblər. İlk dəfə radioşüalanma 2007-ci ildə təyin edilmişdi. İkinci belə bir hadisə isə 2012-ci ildə müşahidə olundu. Bu hadisə ilə bağlı indiyənə kimi ehtimal olunan inandırıcı variant isə rusiyalı astrofiziklərin təqdim etmiş olduqları variantdır. Belə ki, onların fikirlərinə əsasən təkrarlanan güclü radioşüalanmaların əsas səbəbi maqnetardır. Maqnetar isə öz növbəsində güclü maqnit sahəsinə sahib cavan neytron ulduzudur. 
    Linki kopyala