main-post-cover

    Çinin Zhurong adlı aparatının Mars səthindən ilk videosu təqdim olunub (VİDEO)

    Süni İntellekt
    29.06.2021
    Farid Pardashunas
        Çin Milli Kosmik Agentliyi (CNSA) Zhurong adlı aparatın Mars səthinə necə eniş etməsi barədə videonu təqdim edib. Təqdim edilmiş videonun əsas özəlliyi ondan ibarətdir ki, onda Mars aparatının işə düşməsi nəticəsində qeydə alınmış səsləri eşitmək olar. Verilmiş məlumata əsasən Tianwen-1 adlı eniş modulu artıq 338 gündür ki, Mars planetinin orbitində yerləşir. Zhurong aparatı isə 42 gündür ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində aparat 236 metr məsafə qətt edə bilib.
        Mühəndislər qeyd ediblər ki, həm eniş modulu həm də aparat yaxşı vəziyyətdədirlər. Təqdim olunmuş videoda həmçinin Zhurong aparatının necə hərəkət etdiyini də görmək olar. Qeyd etmək lazımdır ki, Tianwen-1 missiyası 23 iyul 2020-ci il tarixində start götürmüşdü. Çin hökumətinin əsas məqsədi öz aparatını Mars səthinə endirmək idi. Bu ilin may ayında isə Tianwen-1 uğurla Mars səthinə enmiş və öz kameraları vasitəsilə çəkilmiş ilk fotoları Yer kürəsinə göndərmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər