Reklam
Çinli alimlər potensial yadplanetlilər tərəfindən göndərilmiş siqnalı qəbul etmiş ola bildiklərini iddia edirlər

Çinli alimlər potensial yadplanetlilər tərəfindən göndərilmiş siqnalı qəbul etmiş ola bildiklərini iddia edirlər

Süni zəka və Elm
15.06.2022 PAYLAŞIM

    Çin Elmlər Akademiyasından olan mütəxəssislər bildiriblər ki, onlar kosmosdan gəlmiş şübhəli siqnalları aşkar ediblər və həmin siqnallar potensial yadplanetli sivilizasiya tərəfindən göndərilmiş ola bilər. Lakin mütəxəssislər həmçinin qeyd ediblər ki, əldə edilmiş məlumatların analiz nəticələrinə çox ehtiyatla yanaşmaq lazımdır. Dünyann ən böyük radioteleskopu olan FAST vasitəsilə yadplanetli sivilizasiyaların axtarışını aparan çinli alimlər sözügedən teleskopun 2019-cu il üzrə əldə etmiş olduğu məlumatları analiz edən zaman qeyri-adi siqnalları aşkar ediblər. Qeyd etmək lazımdır ki, Çinin cənub-qərb hissəsində yerləşən FAST adlı radioteleskop uzaq qalaktikaların müşahidəsində və digər elmi tapşırıqların yerinə yetirilməsində istifadə edilir. Bundan əlavə olaraq bu radioteleskopun əsas məqsədlərindən biri də potensial yadplanetlilər tərəfindən ola biləcək siqnalların təyin edilməsidir.

500 metr diametrə sahib FAST radioteleskopu:


    FAST radioteleskopu yüksək həssaslığı ilə seçilir və kosmosun böyük sahəsini əhatə edə bilir. “Bzim, yadplanetli sivilizasiya tərəfindən göndərilmiş siqnalı aşkar etdiyimizə dair ehtimal çox yüksəkdir. Lakin təyin edilmiş bu radiosiqnal adi radio müdaxiləsi və ya digər təbii kosmik obyekt tərəfindən generasiya edilən siqnal da ola bilər. Aşkar edilmiş siqnalın yadplanetlilər tərəfindən göndərilib-göndərilmədiyini təyin etmək üçün əlavə araşdırmalar aparmaq lazımdır” - deyə Çin Elmlər Akademiyasının mütəxəssisi Zhang Tongjie qeyd edib. Zhang Tongjie Çin Elmlər Akademiyasında yadplanetli sivilizasiyaların axtarışı ilə məşğul olan mütəxəssisdir. Lakin qərbdən olan alimlərin fikirlərinə əsasən aşkar edilmiş siqnalları yadplanetli sivilizasiyadan gəldiyini dəqiq şəkildə söyləmək hələ çox tezdir.

    Aşkar edilmiş qeyri-adi siqnalların əlavə analizi aparılmadıqca və elmi cəmiyyətin ekspert qiymətləndirilməsi verilmədikcə, elan edilmiş bu bəyanata skeptik yanaşmaq lazımdır. Ola bilər ki, sözügedən siqnalların daha sadə izahı mövcuddur. “Biz bu siqnalların analizlərini FAST teleskopu vasitəsilə reallaşdıracğıq. Bundan əlavə olaraq biz buna bənzər digər siqnalları axtarmağa davam edəcəyik. Bununla da biz sözügedən siqnalların hardan gəldiklərini təyin etməyə çalışacağıq. Nəticədə onların yadplanetli sivilizasiyaya aid olub-olmadığını təyin etmək mümkün olacaq” - deyə Zhang Tongjie qeyd edib. Çinli alimlər əldə olunan nəticələrə çox ehtiyatla yanaşmağın lazım olduğunu bildirdiklərinə baxmayaraq onlar dünyanı dəyişə biləcək kəşfi təsdiqləyəcəklərinə ümid bəsləyirlər. Əks halda onların bu ehtimalları təsdiqlənməyəcək və onlar öz axtarışlarını davam etdirəcəklər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×