Logo
    main-post-cover

    Çinlilər süni embrionların yetişdirilməsində yardımçı olacaq süni zəka sistemi yaradıblar

        Verilmiş məlumata əsasən çinlilər süni şəkildə yetişdirilən embrionlar sahəsindəki texnoloji problemi həll ediblər. Bunun üçün onlar süni zəkadan istifadə edirlər. Belə ki, çinlilərin yaratdıqları süni zəka sistemi xüsusi qurğu daxilindəki çoxlu sayda siçan embrionlarının eyni anda yetişdirilməsinə nəzarət edir. Bu texnologiya həmçinin insan embrionlarının da süni şəkildə yetişdirilməsinə imkan verəcək. Lakin bu məsələdə etik normalar əsas maneəyə çevrilə bilərlər. Yayılmış fikirə baxmayaraq Çində ciddi demoqrafik problemlər mövcuddur. Son 5 il ərzində Çində əhalinin təbii artım səviyyəsi 2 dəfə aşağı düşüb. Hökumət tərəfindən olan bir çox stimullar cavan nəsilə aid olan çinli qadınları övlad sahibi olmağa məcbur edə bilmirlər. İnkişaf etmiş ölkələrdə bu məsələ daha ciddidir. Sənaye müəssisələri səviyyəsində uşaqların yetişdirilməsi əhalinin təbii artım səviyyəsinin aşağı düşmə problemini aradan qaldıra bilər. Lakin bunun üçün ilk növbədə insanların düşüncələrində, qanunlarda dəyişiklik etmək və siyasi iradəyə sahib olmaq lazımdır.
    Süni zəka sisteminə sahib süni uşaqlıq qurğusu:
        Çətin ki, yaxın gələcəkdə buna bənzər nəyəsə icazə verilsin. Lakin buna baxmayaraq heyvan embrionlarının süni şəkildə yetişdirilməsi üzrə texnologiyalar bir çox ölkədə hazırlanır. Çinli alimlərin sözlərinə əsasən onlar tərəfindən yaradılmış xüsusi qurğu və machine learning sistemi embrionların vəziyyətlərinə və sağlamlıqlarına yüksək dəqiqliklə nəzarət edə bilirlər. Nəzarət machine learning alqoritmləri vasitəsilə həm vizual şəkildə həm də embrionların olduqları mühitin daimi analizi şəklində reallaşdırılır. Alimlər tərəfindən yaradılmış sistem embrionlarla bağlı olan ən kiçik faktorlara da nəzarət edir. Bu isə patologiyadan yan keçməyə və embrionun düzgün şəkildə inkişaf etməməsi üzrə xəbərdarlığın əldə edilməsinə yardımçı olur. Qadınlar və onlara nəzarət edən həkimlər çox zaman həmin faktorları ümumiyyətlə nəzərdən keçirtmirlər.
    Paylaş
    Bənzər xəbərlər