Claude istifadəçiləri OpenClaw üçün əlavə ödəniş edəcək
Süni İntellekt
06.04.2026
Sevinj
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Anthropic şirkəti Claude abunəçiləri üçün yeni qayda tətbiq etdiyini açıqlayıb. Şirkətin göndərdiyi e-poçta görə, artıq Claude abunəliyi olan istifadəçilər OpenClaw kimi üçüncü tərəf alətlərdən istifadə edərkən abunə limitlərindən yararlana bilməyəcəklər. Bu alətlərdən istifadə ayrıca ödəniş tələb edəcək və “pay-as-you-go” modeli ilə hesablanacaq.
Şirkətin Claude Code bölməsinin rəhbəri Boris Cherny bildirib ki, bu qərar texniki və mühəndislik məhdudiyyətləri ilə bağlıdır. Onun sözlərinə görə, Claude abunə sistemi üçüncü tərəf alətlərinin yaratdığı istifadə yükünə uyğun qurulmayıb və şirkət resursları əsasən öz məhsullarından və API-dən istifadə edən müştərilərə yönəltmək istəyir. Maraqlıdır ki, OpenClaw alətinin yaradıcısı Peter Steinberger fevral ayında OpenAI şirkətinə qoşulub. Steinberger sosial şəbəkədə yazıb ki, Anthropic ilə bu qərarı dəyişmək üçün danışıqlar aparıblar və yalnız qərarın bir həftə gecikdirilməsinə nail ola biliblər. O, həmçinin Anthropic-i açıq mənbə alətlərini məhdudlaşdırmaqda ittiham edib.
Anthropic isə bu iddialara cavab olaraq bildirib ki, şirkət açıq mənbəni dəstəkləyir və dəyişiklik rəqabət və ya siyasət deyil, sırf texniki resursların idarə olunması ilə bağlıdır.
Paylaş