Logo
    main-post-cover

    Claude real şirkətlərin sistemlərinə icazəsiz daxil olub

        Süni intellekt şirkəti Anthropic bildirib ki, Claude ailəsinə daxil olan bir neçə AI modeli kibertəhlükəsizlik testləri zamanı səhvən real təşkilatların sistemlərinə icazəsiz giriş əldə edib. Hadisələr üç fərqli təşkilatı əhatə edib və şirkət bundan yalnız sonradan xəbər tutub. Hadisələr Claude modellərinin kibertəhlükəsizlik bacarıqlarının yoxlanıldığı “capture-the-flag” (CTF) testləri zamanı baş verib. Belə testlərdə süni intellektə simulyasiya edilmiş şəbəkədə gizlədilmiş məlumatları tapmaq tapşırılır. Anthropic-in sözlərinə görə, test mühiti əslində internetdən təcrid olunmalı idi. Lakin yanlış konfiqurasiya səbəbindən test maşınlarının real internetə çıxışı açıq qalıb. Modellərə isə əvvəlcədən internetə çıxışlarının olmadığı bildirildiyindən, onlar qarşılaşdıqları real sistemlərin də test mühitinin bir hissəsi olduğunu düşünüblər.
    Anthropic Claude - AI Vendor Risk Profile - Credo AI
        İlk hadisələr aprel ayında qeydə alınıb. Testlərdə Claude Opus 4.7, Mythos 5 və Anthropic-in adını açıqlamadığı daxili tədqiqat modeli iştirak edib. Şirkət bildirir ki, bu sınaqlar zamanı modellərdə normal istifadədə tətbiq edilən bəzi təhlükəsizlik məhdudiyyətləri aktiv olmayıb.
    Paylaş