Logo
    main-post-cover

    Claude-un Chrome plaqini artıq bütün ödənişli istifadəçilər üçün açıqdır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Anthropic şirkəti Claude üçün hazırladığı Google Chrome plaqinini artıq bütün ödənişli istifadəçilər üçün istifadəyə verib. Bundan əvvəl bu imkan yalnız aylıq 200 dollar olan Max plan abunəçilərinə açıq idi.
        Claude-un Chrome plaqini istifadəçilərə brauzerin istənilən hissəsində süni intellektə sürətli çıxış imkanı yaradır. Əsas fərqləndirici xüsusiyyət isə Claude-un saytlarla birbaşa qarşılıqlı əlaqə qura bilməsidir. Anthropic-in bildirdiyinə görə, Claude formaları doldura, təqvim və e-poçtları idarə edə, həmçinin bir neçə mərhələdən ibarət tapşırıqları tək bir sorğu əsasında icra edə bilir. Plaqinin son versiyasında Claude Code inteqrasiyası da mövcuddur. İstifadəçilər müəyyən bir iş prosesini qeydə alaraq Claude-a “öyrədə” və gələcəkdə həmin əməliyyatları avtomatik yerinə yetirməsini təmin edə bilirlər.
        Anthropic uzun müddətdir “computer use”, yəni süni intellektin kompüter interfeyslərini başa düşməsi və onlarla işləməsi üzərində fokuslanırdı. Bu yanaşma bu gün “agent” anlayışının əsas texnoloji bazalarından biri sayılır və məhz bu bacarıqlar Claude-un Chrome plaqinini mümkün edir. Bənzər agent funksiyalarını OpenAIPerplexity də öz məhsullarında təqdim edir. Onların müvafiq brauzer həlləri ChatGPT AtlasComet vasitəsilə AI modelləri istifadəçi adından vebdə aktiv şəkildə hərəkət edə bilir.
        Hazırda bu sahədə geridə qalan yeganə böyük oyunçu Google hesab olunur. Gemini Chrome daxilində səhifələrlə bağlı suallara cavab versə də, hələlik istifadəçi adından saytları idarə etmir. Bu funksiyalar ilk dəfə Project Mariner çərçivəsində nümayiş etdirilib və gələcəkdə istifadəyə veriləcəyi gözlənilir.
    Paylaş